Zəhərlənmələr

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 2 539
  • 0 rəy

Zəhərlənmələr
Zəhərləyici maddə orqanizmə müxtəlif yollarla – onu udan zaman, nəfəs alarkən, dərini deşdikdə daxil olarkən zəhərlənmə baş verir.

Ümimi məlumat:
Zəhər dəriyə təmas nəticəsində orqanizmə daxil ola bilər. Bir çox maddələr qapalı otaqlarda, məsələn, dəm qazı ilə təhlükəli ola bilər. Müxtəlif zəhərlər orqanizmin müxtəlf orqanlarına və sistemlərinə təsir edir. Bəziləri qan dövranına, bəziləri həzm sisteminə, bəziləri də tənəffüs sisteminə təsir edir. Əgər insan səbəbsiz özünü pis hiss edirsə, zəhərli maddənın mənbəyi ilə yanaşı yerləşirsə mütləq tibbi yardıma müraciət etmək lazımdır.
Simptomları:
Zəhərlənmə qızdırma, üşütmə, iştahanın itməsi, başağrısı, qıcıqlanma, zəiflik, yuxululuq, başgicəllənmə ilə müşayiət oluna bilər. Qarında ağrı, qusma, diareya, ürəkbulanma, udma zamanı ağrı, dəridə kimyəvi yanıqlar, qıcolmalar, huşun itməsi, gözlərdə ikiləşmə, görmənın pozulması müşahidə olunur. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
Zəhərlənmə zamanı ilk yardım.
Əgər zəhərli maddə udulursa aşağıdakı tədbirlər görülməlidir:
-Udulan maddə haqqında məlumatı oxumaq lazımdır. Həkim gələnə qədər xəstəni qusdurmayın. Əgər xəstə qusubsa qusuntunu analiz üçün toplayın.
Əgər xəstə dəm qazı ilə zəhərlənibsə otağın havasını dəyişdirin. Əgər otaqda qaz varsa, qaz borusunun açarını bağlayın, kibrit yandırmayın. Xəstənin nəbzini, tənəffüsünü,  yoxlayın. Əgər xəstə nəfəs almırsa ona süni nəfəs verin, nəfəs alırsa ustünü adyalla örtüb “təcili yardım”ın gəlməsini gözləyin.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Zəhərlənmələr" haqqında müzakirə