Qarın yatalağı
Qarın yatalağı
Qarın yatalağı-əvvəlcə bağırsağı, sonra isə qara ciyəri, öd kisəsi, dalağı zədələyən baktreial infeksion xəstəlikdir.
Ümumi məlumat:
Bu xəstəlik güclü yoluxucu xəstəlikdir, su və qida ilə orqanizmə daxil olur. Belə adam sağaldıqdan sonra da uzun müddət bakteriya daşıyıcısı olur.
Səbəbləri:
Törədicisi Salmonella typhi-dir. Sanitar-gigiyenik şəraiti pis olan rayonlarda tez yayılır. Qarın yatalağı epidemiyaları mümkündür.
Simptomları:
Xəstəliyin 1-ci həftəsində güclü baş ağrıları, öskürək, yüksək hərarət, üşütmə, iştahanın itməsi, əzginlik, yorğunluq, zəiflik, qəbizlik, qarında ağrılar qeyd olunur. 2-3-cü həftələrdə yüksək hərarət, diareya, kəskin zəiflik, qarnın böyüməsi müşahidə olunur. Temperatur düşdükdən sonra döşdə, qarın nahiyəsində səpgilər əmələ gəlir.
Ağırlaşmaları:
Ağırlaşmaları – bağırsaq qan axması, peritonit, pnevmoniya, xolesistit, tifoz psixoz, böyrək çatmamazlığı, xəstəliyin residivi, letal nəticə ola bilər.
Siz nə edə bilərsiniz:
Xəstəliyə şübhə olduqda mütləq tibbi yardıma müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
Həkim diaqnozu təsdiq etmək üçün analizlər təyin edir, xəstəni hospitalizasiya edir.
Müalicəsi:
Diaqnoz təsdiq edildikdə xəstə, xəstəxəna şəraitində müvafiq antibiotiklərlə müalicə olunur.
Profilaktikası:
Xəstəliyin qarşısını almaq üçün su təminatının düzgün təşkili, kanalizasiyanın çəkilməsinə, qida məhsullarının yığılma, hazırlanma, daşınma və satılma texnologiyasına ciddi əməl edilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qarın yatalağı" haqqında müzakirə