Elektrotravma
Elektrotravma
Elektrotravma – normadan artıq elektrik cərəyanını bədəndən keçməsi nəticəsində yaranan zədələnmədir.
Səbəbləri:
Elekrotravma bilavasitə elektrik naqili ilə kontakt nəticəsində və ya idırım vurması nəticəsində yarana bilər. Insan üçün potensial olaraq 36 volt gərginlikli və 0,15 amper güclü elüektrik cərəyanı təhlükəli hesab olunur. Bundan əlavə cərəyanın orqanizmin hansı hissəsindən keçməsinin əhəmiyyəti vardır. Beləki, cərəyan hər iki ayaqdan keçibsə insan huşunu itirməyə bilər. Əgər cərəyan sol əl və sağ ayaqdan keçibsə ürək dayana bilər. Dəyişkən cərəyan insan üçün böyük zədələyici qüvvəyə malik ola bilər.
Simptomları:
Elektrik cərəyanı ilə zədələnmə yanıqlara, ürəyin dayanmasına, qıcolmalara səbəb ola bilər. Yanığın dərəcəsi bu zaman cərəyanın gücündən, qıcolmaların təzahürü isə cərəyanın gərginliyindən asılıdır. Yüngül elektrotravma yalnız yanıqla qurtarır ki, bu zaman cox vaxt tibbi yardıma ehtiyac olmur. Ağır hallarda huşun itməsi, tənəffüsün və ürəyin dayanması ola bilər. Yadda saxlamaq lazımdır ki, əgər gərginlik 110 voltdan artıqdırsa zərərçəkən, qıcolmalar olduğu üçün sərbəst olaraq əlini naqildən geri çəkə bilmir. Bunu elektrik kecirməyən əşya vasitəsilə etmək lazımdır.
Müalicəsi:
Elektrik cərəyanı insanı vurduqda mütləq onu stasionara çatdırmaq lazımdır, çünki bu həyat üçün çox təhlükəlidir.
Ürək və tənəffüsün dayanması zamanı süni tənəffüs vermək, ürəyi massaj etmək lazımdır. Yüngül halda yanıqlara müvafiq yardım göstərilir. Bu yanıqlar adətən irinlədiyi üçün onlara irinli cərrahiyədə yardım göstərmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Elektrotravma" haqqında müzakirə