Sınıqlar

  • Müəllif: elnare
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 5 230
  • 0 rəy

Sınıqlar.
Sınıqlar açıq və qapalı ola bilər. Qapalı sınıqlar zamanı sümük sınır və ya çatlayır və dəri öz tamlığını saxlayır. Açıq sınıqlar zamanı dəri də zədələnir, sümük sınaraq dəridən kənara çıxır. Açıq sınıqlarda infeksiya ola bilər.
Səbəbləri:
– müəyyən hündürlükdən yıxılma
– yolda bədbəxt hadisə
– güclü zərbə
– fiziki məşğələlər zamanı güclü gərginlik nəticəsində bud, diz, pəncənin sınıqları ola bilər.
Simptomları:
Əgər yıxıldıqda sümükdə güclü deformasiya, sümük nahiyəsində güclü ağrı hiss olunursa mütləq tibbi yardıma müracıət etmək lazımdır.
Siz nə edə bilərsiniz:
Sınığa şübhə olduqda həkimə müraciət etmək lazımdır. Əgər damarlar, sinirlər zədələnibsə xəstə mütləq hospitalizasiya olunmalıdır. Əgər sınığa şübhə varsa zədəli nahiyyəyə əl vurmayın. Açıq sınıqlarda quru sarğılardan istifadə edin. Zədəli ətrafı fiksə edin, bundan ötrü sınıq nahiyyəyə şina qoyun. 60 yaşdan yuxarı insanlarda sınıq olarsa osteoporoz təhlükəsi ola bilər.
Həkim nə edə bilər:
Həkim sınıq nahiyyəni rentgenoqrafiya edir, sonra həmin nahiyyəyə gips qoyur. Gips açıldıqdan sonra həkim bərpa dövrındə massaj, müalicəvi gimnastika, fizioterapiya təyin edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sınıqlar" haqqında müzakirə