Səpkili tif

  • Müəllif: elnare
  • Tarix: 14 fevral 2017
  • Baxış sayı: 6 182
  • 0 rəy

Səpkili tif.
Səpgili tif kəskin infeksion xəstəlik olub dəridə səpgilərin olması ilə yanaşı, sumuk və sinir sisteminin zədələnmələri ilə özünü biruzə verir. Xəstəlik gizli dövründə aşağıdakı əlamətləri verir:
- baş ağrıları
- dəridə çəhrayı səpgilər
- dalaqda böyümə
- intoksikasiya əlamətləri.
Xəstəliyin əmələ gəlməsinə qrammənfi, hərəkətsiz mikroorqanizmlər səbəb olur. Xəstəliyin törədiciləri orqanizmə daxil olduqdan sonra bağırsağın epitel toxumasında və kapilyarların endotelində artıb çoxalırlar.
Xəstəlik törədən bakteriyalar orqanizmə ağız vasitəsilə daxil olur və 1-2 həftə sonra öz əlamətlərini göstərməyə başlayırlar.
Xəstəliyin əlamətləri aşağıdakılardır:
- baş ağrıları
- qarın ağrıları
- yüksək qızdırma
- dəridə səpgilər
- nəbzin azalması
- yorğunluq
- burun və bağırsaq qanaxmaları
- iştahsızlıq və arıqlama
- ishal və ya qəbizlik.
Xəstəlik beyin, ağciyər, böyrək, ürək və digər daxili orqanların sinir sisteminə zərər vurur. Tif xəstəliyi insandan insana keçməklə yoluxub epidemiya halına düşə bilir. Yer üzərində hər il 15-20 milyon insan bu xəstəliyə yoluxur.
Xəstəliyə səbəb olan bakteriyalar xəstələrin qanında, sidiyində, nəcisində, tüpürcəklərində olur. Tif mikrobunu daşıyan xəstə adam asanlıqla xəstəliyi yaxınındakılara yoluxdura bilir.
Tıf xəstəliyinin kəskin dövrü adətən 4 həftə olur. Bu zaman temperatur 40*-yə qədər yüksəlir. Xəstəninn dərisinin quru olması və tərləməməsi xəstəliyin spesifik əlamətlərindən sayılır.
Xəstəliyə diaqnoz qoymaq üçün əlamətləri və analizlərin nəticələri əsas götürülür. Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda xəstənin ölümü ilə nəticələnə bilir. Belə ki, bakteriyalar daxili orqanlarda və beyində geridönməz izlər qoymaq qabiliyyətinə malikdirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Səpkili tif" haqqında müzakirə