Eritema və onun növləri

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 5 327
  • 0 rəy

Eritema və onun növləri.
İnfeksion xəstəliklərdə eritema iri ləkələrin birləşməsi nəticəsində, yaxud dərinin yerli iltihabı ilə əlaqədar olaraq əməlı gəlir. Eritemaya ən çox qızıl yeldə, erizipeloiddə, qara yarada və s.infeksion xəstəliklədə rast gəlinir. Hər iki qrup xəstəliklər yüksək intoksikasiya və qızdırma verdiyindən müvafiq kliniki əlamətlərə görə bir-birindən asan seçilirlər. Lakin bəzi xroniki infeksion xəstəliklər dərini zədələsə də qızdırma verməyə bilir. Eritemanın müxtəlif növləri mövcuddur:
– Rozenberqin infeksion eriteması.
Xəstəlik 39* və ya ondan yuxarı qızdırma ilə müşahidə edilir. Xəstələrdə intoksikasiya əlamətləri olur, xəstəliyin 5-6-cı günlərində dəridə səpgi əmələ gəlir. Bir müddət sonra səpgilər birləşərək eritema sahəsi əmələ gətirirlər. Əmələ gəlmiş səpgilər iri oynaqların ətraflarında və sarğı nahiyyəsində olur. Səpgilər əvvəlcə açıq çəhrayı, sonra isə al qırmızı olur.
– Çamerin infeksion eriteması.
Əsasən 2-15 yaşlı uşaqlarda rast gəlinir. Xəstəlik yüksək qızdırma ilə başlayır. Qızdırmadan bir neçə saat sonra xəstələrin dərilərində əvvəlcə kiçik sonra isə böyük sahədə səpgilər peyda olmağa başlayır. Eritemanın kənarları kələ-kötür olur. Bu zaman xəstələrin burun-dodaq üçbucağı solğun olur, çənədə də tək-tük səpgilərə rast gəlmək olur.
– Çox formalı eksudativ eritema.
Xəstəlik intoksikasiya və yüksək qızdırma ilə başlayır. Bu xəsətəliyə ən çox yaz və payız aylarında mövsümi dəyişkənliklər zamanı rast gəlinir. Xəstələrdə qrip əlamətləri özünü göstərir. Eritema xəstəliyin 3-40 günlərində əmələ gəlir. Xəstəlik zamanı dəridə 15 mm-lik eritemalarla müşahidə edilir. Sonra səpgilər birləşərək iri sahəni tuta bilirlər.
– Differensasiya edilməyən infeksion eritema.
Xəstəlik yüksək qızdırma, kəskin intoksikasiya əlamətləri ilə başlayır. Xəstələrdə qızdırma ilə yanaşı ürəkbulanma, qusma əlamətləri meydana çıxır. Səpgilər əvvəlcə 10-15 mm olur, sonra isə böyüyür. Eritemanın bu növünün mənşəyi məlum deyil. Xəstəliyə diaqnoz klinik mənzərəyə görə təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Eritema və onun növləri" haqqında müzakirə