Moruqla müalicə olunmaq üçün 5 resept

  • Müəllif: elnare
  • Tarix: 22 may 2017
  • Baxış sayı: 3 563
  • 0 rəy

Moruqla müalicə olunmaq üçün 5 resept. Moruq haqqında bilmədikləriniz.

Moruq aspirini əvəz etmək qabiliyyətinə malikdir. Onun tərkibində A və C vitaminləri var. Bu vitaminlərin qarışımı isə qan damarlarının möhkəmləndirir, qanın durulmasına səbəb olur. İlk əvvəl aspirini moruğun yarpaqlarından və giləmeyvəsindən alıblar.

Müalicə məqsədilə moruqdan aşağıdakı xəstəliklər zamanı istifadə ediir:
* Anemiya zamanı ½ stəkan təzə moruq şirəsi gündə 2-3 dəfə yeməkdən əvvəl içilir.
* Həyəcanlanma, əsəbilik zamanı 500 ml soyuq suya 2 xörək qaşığı moruq və 2 xörək qaşığı moruq yarpağı xırdalanıb tökülür və 5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra qarışımın üstü isti dəsmalla örtülür və 1 saat dəmlənir. Dəmlənədən gündə 2-3 dəfə ½ stəkan yeməkdən yarım saat əvvəl içilir.
* Diş ətlərinin iltihabi zamanı ağız boşluğunu bir-neçə dəqiqə moruq şirəsi ilə yaxalamaq xəstəliyin sağalmasına səbəb olur.
* Angina xəstəliyi zamanı boğazı muruq şirəsi ilə yaxalamaq xəstəliyin əlamətlərini aradan qaldırır. Moruq şirəsinə yerkökü şirəsi əlavə eləmək isə müalicənin effektini daha da artırır.
* Dermatitlərekzemalar zamanı qurumuş moruq və moruq yarpaqlarını (2 xörək qaşığı) 1,5 stəkan qaynar suda 5 dəqiqə qaynatmaq və 1 saat dəmləmk lazımdır. Bu dəmləmədən gündə 2-3 dəfə yeməkdən yarım saat əvvəl ½ stəkan qəbul eləmək dəri xəstəliklərinin əlamətlərini azaldır və xəstəliklərin sağalmasına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Moruqla müalicə olunmaq üçün 5 resept" haqqında müzakirə