Mədə qıcqırmasının qarşısını almaq üçün faydalı məsləhətlər
Mədə qıcqırmasının qarşısını almaq üçün faydalı məsləhətlər.
-Az-az və tez- tez yemək yemək.
-Acı, yağlı və qızardılmış yeməklərdən, alkohollu, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, şokolad, qəhvə, tünd çay qəbulunu məhdudlaşdırmalı
-Yeməkdən sonra əyilib iş görməmək
-Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək
-Çarpayının baş hissəsini 10 sm qaldırmaq
-Qarın nahiyəsini kəmərlər, korset və bandajlar taxmamaq
Reseptlər:
Kartof şirəsi:
1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir
1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarımsaat əvvəl qəbul edilir.
Toxum qarışığı:
Bərabər miqdarda razyana, bostan şüyüdü, cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.
Bitki qarışığı:
Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə edilərək 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarımstəkan qəbul edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Mədə qıcqırmasının qarşısını almaq üçün faydalı məsləhətlər" haqqında müzakirə