2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər
2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər. Bunun üçün çantanızda həmişə 2 qoz gəzdirin.
Qoz təbiətin insanlara bəxş etdiyi ən yaxşı nemətlərdən biridir. Ondan həm mətbəxtdə, həm də xalq təbabətində geniş istifadə edilir.
Şərq təbabətində qozdan gərginliyi və stressi aradan qaldırmaq məqsədilə də geniş istifadə edilir. Belə ki, şərq təbabətinin stress atma vasitələrindən biri əlin içindəki nöqtələri aktiv hala gətirərək gərginlikdən xilas olmaqdır. Bu nöqtələri hərəktə gətirməklə siz əsəblərinizi sakitləşdirə və bəzi xəstəliklərdən xilas ola bilərsiniz.İstifadə qaydası:
Ovucunuzun içinə 2 qoz alın. Qozları bir-birinə sürtərək dairəvi hərəkət etdirməyə çalışın. Çalışın qoz ovcunuzun içərisində bütün hissələrə toxunaraq hüceyrələri hərəkətə gətirsin. Bu müalicə vasitəsinin effektliyi Şərq təbabətində öz sözünü deyib. Tibb elmi də ovucun içərisində dairəvi hərəkətlərlə sinir uclarının qidalandırılmasının sinir sistemi üçün faydalı olduğunu təsdiq etmişdir. Qozla ovucun içinin massaj edilməsi stressli vəziyyətlərdən ən yaxşı çıxış yollarından biridir. Bu səbəbdən də daima çantanızda 2 ədəd qoz gəzdirin.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər" haqqında müzakirə