Aloenin faydaları
Aloe bitkisi haqqında olan məlumatlar müasir tibbə qədim kitabların əlyazmalarından məlumdur. İndi onun insan orqanizmindəki xəstəliklərə necə dərman olduğunu sizlərlə bölüşmək istəyirəm.
Aloe toxumaların regenerasiyasında böyük rol oynayır. O,yaranı sağaltmaq qabiliyyətinə malikdir, orqanizmin müdafiə qüvvəsini artırır, iltihab və bakteriyalar əıeyhinə təsirə malikdir.
Mədə və onikibarmaq bağırsağın yaralarının, qastritlərin sağalmasında yaxından iştirak edir. 1-2 çay qaşığı təzə çəkilmiş aloe şirəsini gündə 3 dəfə yeməyə yarım saat qalmış içsəniz xəstəlylniz sizi narahat etməyəcək.
Maddələr mübadiləsinin pozğunluqlarında və bağırsaq funksiyasının pozulmasında 100 mq aloe şirəsini 100qr balla qatıb 3 saat saxlayın. Bu məhlulu gündə 3 dəfə 1 çay qaşığı qəbul edin.
Soyuqdəymə zamanı hər 3 saatdan bir burun boşluqlarına 5 damcı aloe şirəsi damızdırın.
Stomatit zamanı ağız boşluğunu yenicə çəkilmiş aloe şirəsi ilə silin.
Diş ətinin xəstəliyində dişlərin dibini aloe ilə sürtün.
Bədəninizdə yorğunluğun və həyəcanlanmanın artdığını hiss etsəniz aloe şirəsi, bal, limon suyu, kərə yağı, qozu eyni çəkidə qarışdırıb yeməkdən qabaq gündə 3 dəfə 1 qaşıq qəbul edin.
İmmuniteti artırmaq üçün aloe yarpaqlarını ət maşınından keçirib üzərinə eyni miqdar bal əlavə edin. Gündə 3 dəfə 1 çay qaşığı yeməyə yarım saat qalmış qəbul edin. Ardından yarım stəkan isti su için. Müalicə müddəti 3 həftədir. 10 gün fasilə verib yenidən müalicəni başlamaq lazımdır.
Yanıqlar zamanı, dermatitlərdə aloeni zədələnmiş nahiyəyə sürtün.
Profilaktika məqsədilə sağlam adamlar hər səhər içdikləri meyvə şirəsinin içərisinə 1 çay qaşığı aloe şirəsi əlavə etsələr yaxşı olar.
UNUTMAYIN! ƏN BAHALI DƏRMAN VASİTƏLƏRİ TƏBİİ BİTKİLƏRDƏN HAZIRLANIR.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aloenin faydaları" haqqında müzakirə