Aloe haqqında bilmədikləriniz.
Növləri və yayılması
Aloenin 500-dən artıq növü var. Onun növləri əsasən Afrika ölkələrində daha çox yayılıb. Aloe bitkisinə əsasən Ərəbistan yarımadasında, Madaqaskarda və Cənubi Afrika ölkələrində rast gəlinir. Avropa ölkələrinə aloe qədim zamanlarda gətirilmiş və yanlız isti şəraitdə böyüdülmüşdür. Aloe əsasən tropik bölgələrdə yetişir.
Növündən asılı olaraq aloenin yarpaqları fərqli olur. Onu ev şəraitində gün düşən yerdə həftədə az miqdar su ilə 1-2 dəfə sulayaraq böyütmək mümkündür. Aloeni sulayarkən kaktusları sulamaq üçün lazım olan vasitələrdən istifadə eləmək lazımdır. Aloe yarpaqlarını ilin istənilən fəslində toplamaq mümkündür. Amma şirəsini sixmaq üçan 15 sm-dən kiçik yarpağı dərdikdə istənilən qədər şirə əldə etmək olmur. Şirəni 4 saat ərzində istifadə etmək lazım deyil. Bu onun faydalı olmasını azaldır.
Aloenın Tərkibi
Aloe şirəsinin tərkibi E, C, A və B qrup vitaminləri, marqanes, sink, kalum mikroelementləri, polisaxaridlər, kaxetin, fermentlər, aloin, fitonsidlər, orqanik turşularla (L- kumarin, alma, limon və s.), fenolla, çətin tapılan efir yağları ilə zəngindir. Aloe şirəsi bakteriasid, göbələk əleyhinə, iltihab əleyhinə təsirə malikdir. O müxtəlif dəri xəstəliklərinin (eqzema, yara, allergiya səpgiləri, qızartılar, dermatitlər və s.), mədə-bağırsaq yaralarının sağalmasına səbəb olur. Aloe şirəsindən daxili orqanların müalicəsi zamanı da geniş istifadə ediir. Kəsiklər zamanı aloe sürtməklə zəif qanaxmaları saxlamaq mümkündür. Aloe şirəsi dərinin cavanlaşmasına və bərpasına səbəb olur.Aloenın Xeyri
Müalicə məqsədilə aloenin şirəsindən və təzə dərilmiş yarpaqlardan hazırlanan sıyıqdan istifadə edilir. Aloe şirəsini əldə eləmək üçün isə onun yarpaqlarını ət maşınının xırda gözündən keçirib suyunu sıxmaq lazımdır. Dərilmiş aloe yarpaqlarını tünd rəngli kağıza büküb soyuducuda 14 gün saxlamaq mümkün olur. Aloe şirəsi əsil biostimulyator hesab edilir. Onun şirəsinin cavanlaşdırıcı və regenerasiyaedici təsiri var.Aloe şirəsindən müalicəvi kremlərin, mazların, losyonların şampunların hazırlanmasında istifadə edilir. Ondan spirtli covhərlər, konsentratlar, kompreslərin hazırlanmasında da istifadə edilir. Aloedən nəinki kosmetologiyada, hətta formakoligiyada təbii dərmanların hazırlanması zamanı da istifadə edilir.
Bronxit, pnevmoniya, qanaxmalar, ağız boşluğu xəstəlikləri, immunitetin aşağı düşdüyü zamanlarda, mədə-bağırsaq xəstəlikləri zamanı, orqanizmin antibiotiklərlə zəhərlənmələrində, dermatitlər və yanıqların müalicəsi zamanı aloe ekstratından geniş istifadə edilir.
Aloedən xalq təbabətinin bir çox sahələrində istifadə olunur.
- İmmunitet aşağı düşdükdə:
Gündə 3 dəfə 1 çay qaşığı yeməkdən yarım saat əvvəl qarışım şəklində qəbul edilir. Qarışıma 300 qram xırda doğranmış qoz, 200 qram bal, 100 qram aloe şirəsi və 3-4 ədəd limonun şirəsi əlavə edilir.
- Boğaz ağrıları və respirator virus xəstəlikləri zamanı
250 qram aloeni ət maşınından keçirib 100 qram şəkər tozu qarışdırdıqdan sonra şüşə qabda, sərin və qaranlıq yerdə 3 gün saxlayıb, daha sonra 250 ml araqla qarışdırılır. Bu qarışımdan xəstəlik zamanı gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl içildikdə xəstəliyin əlamətləri aradan qalxır.
- Dişlər və diş əti xəstəlikləri zamanı
Eyni miqdarda aloe şirəsi və su qarışımı ilə boğazı yaxalamaq diş və diş əti xəstəliklərin əlamətini azaldır.
- Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı
150 qram xırdalanmış aloe yarpaqlarının üzərinə 100 qram şəkər tozu səpilib 3 gün sərin və qaranlıq yerdə saxlanılır. Sonra buna qırmızı şərab əlavə edilib bir-neçə gün yenidən dincəlməyə qoyulur. Qarışımdan gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir.
- Qida sənayesində
Aloe dietik qida maddəsi hesab edilir. Ondan salatlarda, qəlyənaltılarda və müxtəlif içkilərin hazırlanmasında istifadə edilir. Bu bitkini alma, soğan, yerkökü, bal, cigirtkən, kələm, çaytikanı ilə qarışdırıb salat hazırlamaq mümkündür. Bəzən onu limon şirəsi və kefirlə də qarışdırıb yeyənlər olur.
- Kosmetologiyada
Aloedən ən çox üz və başın dərisi üçün maskaların, vanna etmək üçün gellərin, sabunların, şampunların hazırlanmasında istifadə edilir. Aloe şirəsini üzə və boyn nahiyyə sürtüb 20 dəqiqə sonra isti su ilə yuduqda dəri yumşalır, qidalanır. Aloe şirəsi, şaftalı yağı, bir-neçə damcı araq qarışdırılmış məhlulu dəriyə sürtükdə qidalandırıcı təsir göstərir. Aloe şirəsi, süd və nanə covhəri qarışımını isti suya töküb vanna qəbul etdikdə dəri cavanaşır və onun elastikliyi artır. Aloe şirəsindən kimya sənayesində də geniş istifadə edilir. Ondan çoxlu skrabların, losyonların, şampunların, balzamların, gellərin, maskaların hazırlanmasında geniş istifadə olunur.
Aloenın Ziyanı:
Hamiləlik, öd kisəsinin xəstəlikləri, varikoz genəlmələr zamanı aloedən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aloe haqqında bilmədikləriniz." haqqında müzakirə