Aloe və balın möcüzəsi.
Qədim zamanlardan bal və aloenin müalicəvi təsirə malik olduğu məlumdur. Aloe yarpaqları dəri yanıqları və yaralarında, frunkulun, mədə yarasının sağalmasında, balın isə onlarla xəstəliklərin müalicəsində faydalı olduğu qədim tibbi kitablarda da yazılmışdır. Bal və aloenin qarışığı haqda bu kitablarda “1001 dərdin dərmanı”deyə yazılıb. Bal və aloe qarışımının tərkibində 200-ə yaxın qiymətli birləşmələr var. Bal və aloe qarışımını hazırlamaq üçün aloeni blenderdə üyüdüb üzərinə bal əlavə edilir. Qarışımın tərkibində olan fermentlər, antioksidantlar, polisaxaridlər və digər qiymətli birləşmələr bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayır. Aloe və balın orqanizmə aşağıdakı faydaları var:
– iltihabəleyhinə və antibakterial təsirə malikdir
– orqanizmin müqavimətini artırır
– immuniteti yüksəldir
– hüceyrələri gəncləşdirir
– xroniki xəstəliklərin gedişatını yüngülləşdirir.
Bal və aloe hansı xəstəliklərin müalicəsində faydalıdır?
1. Mədə-bağırsaq xəstəliklərində iştahanı artırır, qəbizliyi aradan qaldırır, ödqovucu təsirə malikdir, mədə və 12 barmaq bağırsağın yara xəstəliyində müalicəvi təsirə malikdir.
2. Dəri xəstəlikləri zamanı irinli yaraların, frunkulların, trofik yaraların, ekzema və dermatitlərin müalicəsində çox faydalıdır.
3. Göz xəstəlikəri zamanı kataraktanın, konyuktvitin, blefaritin, keratitin müalicəsinə yardımçı olur.
4. Ginekoloji xəstəliklərdən uşaqlıq yolunun eroziyasının müalicəsində, uşaqəmizdirmə zamanı südgətirici kimi istifadə edilir.
5. Soyuqdəymə zamanı xəstəliyin əlamətlərini aradan qaldırır.
6. Öskürməni kəsir.
7. Kişilərdə impotensiyanı aradan qaldırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aloe və balın möcüzəsi." haqqında müzakirə