Məşhurların dəri gözəlliklərinin sirri

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 072
  • 0 rəy

Məşhurların dəri gözəlliklərinin sirri.
Aloe təbii müalicəvi dərman bitkilərindən hesab edilir. Bu bitki orqanizmə həm xaricdən, həm də daxildən müalicəvi təsir edir. Aloe dərini nəmləndirir, quruluğunu aradan qaldırır, qırışıqları açır və əmələ gəlməsinin qarşısını alır, bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur.
Mütəxəssislər evində aloe bitkisi yetişdirənlərin ondan faydalanmağını məsləhət görürlər. Bunun üçün aloe bitkisindən məlhəm hazırlamaq və onu sərin yerdə saxlayaraq lazım gəldikdə istifadə etmək lazımdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, dünyanın əksər məşhurlarının kosmetoloqları bu məlhəmdən istifadə edir.
Bitkinin bir-neçə yarpağı qoparılıb dərin və quru bir qabın içərisinə qoyulur. Bu zaman bitkinin enli hissəsi qabın dibinə qoyulmalıdır ki, şirəsi axsın. 1-2 saat müddətində yarpağın bütün şirəsi axıb qurtarır. Sonra yarpağı əlinizə alıb bıçaq vasitəsilə bir tərəfindən kəsin və içərisində qalan hissəni qazıyıb təmizləyib şirənin üstünə əlavə edin. Əgər bunu gözləməyə səbriniz çatmasa bitkini sürtkəcdən keçirərək şirə əldə edə bilərsiniz. Sonra aloe şirəsinin üzərinə qoz yağı əlavə edib qarışdırın. Bu məlhəmin aşağıdakı faydaları var:
– dəridəki yaraların sağalmasını sürətləndirir
– dərinin nəmlik balansının tənzimləyir
– quruluğu aradan qaldırır
– qırışları aşır
– dərini cavanlaşdırır
– bir çox dəri xəstəliklərini müalicə edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Məşhurların dəri gözəlliklərinin sirri" haqqında müzakirə