Şirin çay, şəkər tozu və bal

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 6 781
  • 0 rəy

  
Şirin çay, şəkər tozu və bal
Son illər mütəxəssislərin şəkər tozu haqqında apardığı araşdırmalar bu maddənin insan orqanizmi üçün bir çox patologiyaların əmələ gəlməsində rolu olduğunu təsdiqləmişdir. Bəs illərlə hər səhər içdiyimiz şirin çaya qatdığımız şəkər tozunun dadını nə ilə əvəz edə bilərik?
Mütəxəssislər şəkər tozunun bal ilə əvəz edilməsini məsləhət görürlər. Əslində balın da tərkibində şəkər var, amma bu təbiətdən gələn və tərkibi dəyişilməyə məruz qalmayan şəkərdir.
Orqanizm ehtiyacı olan enerjini qlükozadan alır. Qlükozanı isə oqranizm qəbul etdiyi qidalar vasitəsilə orqanizmə daxil edir. Orqanizm bir müddət qlükoza qəbul etmədikdə halsızlaşır və qlükozaya olan ehtiyacını açıqca hiss edir.
Şəkərin tərkibi 50% qlükoza və 50% fruktozadan ibarətdir. Balın tərkibi isə 30% qlükoza, 40% fruktoza və 30% isə dekstrin və karbohidratlardan ibarət olan 20 cür müxtəlif şəkər vardır. Fruktoza suda çox rahat həll olduğuna görə qaraciyərə zərər vermir. Bunun səbəbi balın təbii şəraitdə tərkibini dəyişə bilməməsi və xarab olmamasıdır. Balın tərkibində qoruyucu qatqı maddəsinin olduğuna görə o orqanizmə heç bir zərər vermir.
Bu səbəblərinə görə də mütəxəssislər şirin çay içmək istəyənlərə şəkər tozu əvəzinə çaylarına bal tökməyi məsləhət görürlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şirin çay, şəkər tozu və bal" haqqında müzakirə