Şəkər tozu və duzun evdəki bilinməyən faydaları

  • Müəllif: sahane
  • Tarix: 7 fevral 2018
  • Baxış sayı: 12 734
  • 0 rəy

Duz və şəkər haqqında öyrənilənlər onları süfrəmizdən uzaqlaşdırmağımıza səbəb olur. Sağlam həyat yaşamaq istəyənlər demək olar ki, bu iki ünsürü menyülərindən çıxarırlar.

Ancaq iki maddənin mühüm bilinməyən faydaları var.

Bəs bilinməyən fayda nədir?


Peyvənd yerinin ağrımaması üçün:


İmmunitet.az xəbər verir ki, aparılan araşdırmalar zamanı şəkərin uşaqlara faydalı olduğu məlum olub. Belə ki, uşaqların peyvənd olunmazdan öncə şəkər tozu qatılmış şirin su içməkləri çox mühümdür. Bu sahədə xeyli təcrübələr sınaqdan keçirilib. Peyvənddən öncə şəkər tozu əlavə edilmiş suyu içən körpələr, içməyənlərlə müqayisədə peyvənd ağrısını daha az hiss edirlər.

Pilinq:

Xüsusilə qüvvətli yapışdırıcılar(kleylər) əllərinizə dəydiyi zaman dəriyə zərər vermədən getməsi çox çətindir. Ancaq bu vəziyyətdən asanlıqla xilas ola bilərsiniz. Az miqdarda zeytun yağı və şəkər tozunu qarışdırın. Ardından əllərinizi bu qarışımla yüngül ovalayaraq yuyun. Əllərinizin asanlıqla təmizlənəcəyini görəcəksiniz. Zeytun yağı dərinizi qidalandıracaq. Şəkər tozu isə təbii pilinq edərək təmizlənməsinə kömək edəcək.

Yumurtanın təzə olduğunu öyrənin:

Bir qaba bol miqdarda su qoyun və duz əlavə edin. Çiy halda olan yumurtalarınızı bu suya qoyun. Üstdə qalanlar köhnə, suyun dibinə çökənlər isə yenidir deməkdir. Yumurtanın suyun dibinə çökməsi onun xarab və ya çürük olduğunu göstərmir. Bu zaman suyun dibinə çökən yumurtaları seçib yeməyinizdə fayda var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şəkər tozu və duzun evdəki bilinməyən faydaları" haqqında müzakirə