Xama(smetan) faydaları

  • Müəllif: admin2
  • Tarix: 16 aprel 2018
  • Baxış sayı: 704
  • 0 rəy
Xama süd turşusu məhsuludur. O ev şəraitində hazırlana bilən süd məhsuludur. Smetan qaymağın alt qatında yığılıb qalan süd təbəqəsindən əldə edilir. Xama çox qidalandırıcı, dadlı və faydalı məhsuldur. Xamanın qidalılıq və bioloji dəyəri çox yüksəkdir. Digər yağlı süd məhsullarından fərqli olaraq 10 %-li xama dietik qida hesab edilə bilir.  Adətən xamanın tərkibi 30% yağ, 2-3% zülal və 35% karbohidratlardan təşkil edilmişdir. Əsil xama qoxusuz, ağ və ya açıq sarı rəngli, qatı və eyni tərkibə malik olur. Əla növ xama çox qatı olur.
Mütəxəssislər marketlərdən xama alanara üstündə onun dövlət standartlarına uyğun olması barədə yazılar olan xamanı almağı məsləhət bilir. Marketdən xama alarkən onun hazırlanma tarixinə və son istifadə tarixinə də diqqət yetirmək lazımdır. Onu soyuducuda və qapağı örtülü şəkildə saxlamaq lazımdır. Xamanı dondurucuya yoyduqda öz keyfiyyətini itirir.
Xamanın keyfiyyətli olmasını aşağıdakı testlə öyrənə bilərsiniz.
İki stəkan qaynar su götürülür və hərəsinə 1 çay qaşığı xama əlavə edilir. Stəkanın birində xama tamamilə həll olacaq və suyun rəngi ağ olacaq. İkinci stəkanda isə su ağ olsa da qısa bir müddət sonra çöküntülər meydana çıxacaq. Bu zaman birinci stəkana əlavə edilmiş xama keyfiyytli xama hesab edilir.
Xamanın bioloji dəyəri onun tərkibində çoxlu süd zülallarının olması ilə ölçülür. Onun tərkibində əvəzolunmaz amin turşuları, asan sorulan yağlar və süd şəkəri var. O orqanizm üçün çox faydalıdır və tərkibində A, E, B2, B12, C, PP vitaminləri, fosfor və dəmir var. Xamanın tərkibində olan vitamin və minerallar orqanizm tərəfindən asan sorulur. Xama probiotik maddələrdəndir. Onu yemək bağırsağın mikrofloraslını normallaşdırır. Xama bağırsaq üçün lazım olan faydalı bakteriyaların çoxalmasına səbəb olur. Xama qidalandırıcı məhsullardan hesab edilir. İştahası az olanlara, qan azlığından əziyyət çəkənlərə, həzm problemləri yaşayanlara xama yemək çox faydalıdır. Xama yemək əzələlərə güc verir, əqli fəaliyyəti artırır, günəş yanıqları zamanı dəri yanıqlarının sağalmasını sürətləndirir. Mütəxəssislər xamanı əsasən saat 10-14 arası yeməyi məsləhət bilirlər. Onlar günortadan sonra xama yeməyin qaraciyər üçün zərərli olduğunu qeyd edirlər. Xama öz keyfiyyətini 10 gündən sonra itirməyə başlayır. Pasterizasiya edilmiş və müxtəlif qatqılar əlavə olunmuş xama isə daha uzun müddət saxlanıla bilir.
Xamanın zərərli xüsusiyyətləri
Mədə və onikibarmaq yarasından əziyyət çəkənlərə xama yemək məsləhət görülmür.  Tərkibində konservantların və yağın miqdarının çox olmasına görə həkimlər 1,5 yaşına qədər olan uşaqlara xama yedirməyi məsləhət bilmir. Həddindən çox xama yemək tövsiyə olunmur. Onun tərkibində olan yağlılığın miqdarı artıq çəkinin və qanda xolesterinin əmələ gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Xama(smetan) faydaları" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə