Kakao haqqında bilmədikləriniz. Ən çox da orta yaşdan yuxarı olanlara kakao içmək...
- * Kakao virus infeksiyaları zamanı xəstəliyin əlamətlərini azaldır.
- * Kakao yaddaşı möhkəmləndirir, diqqətin cəmlənməsinə yardım edir.
- * Kakao beyin qan dövranını yaxşılaşdırır və beyin fəaliyyətini sürətləndirir.
- * Kakao qanda xolesterinin miqdarını azaldır.
- * Tərkibində olan mikroelementlər və sinkin çox olması onu orqanizm üçün çox faydalı edir.
- * Kakaonun tərkibində yağlar, zülallar, karbohidratlar və B qrup vitaminləri var.
- * Kakao orqanizmdə yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir.
- * Kakaonun tərkibində olan epikatexin orqanizmi bir çox təhlükəli xəstəliklərdən qoruyur.
- * ABŞ-da alimlərin araşdırmaları istənilən qədər içilən kakaonun insanda çəki artımına səbəb ola bilməyəcəyini sübut edib.
- * Kakao içmək dəridə təbii melaninin normada qalmasına səbəb olur, buna görə də kakaodan çox istifadə edən adamların dərisində piqment ləkələri əmələ gəlmir.
Kakao, darçın və mixək qarışımından hazırlanmış içki əsasən də qış aylarında orqanizmi isitməklə soyuqdan qoruyur.
Kakaonun tərkibində olan maqnium, vitaminlər və antioksidantlar onun orta yaşlı adamlar üçün daha faydalı olduğunu göstərir. Bu səbəblərinə görə həkimlər 40 yaşından yuxarı olan adamlara hər gün kakao, darçın və mixəkdən hazırlanan qarışımı içməyi məsləhət bilir. Çünki, bu qarışım qan dövranını yaxşılşdırır, orqanizmdəki iltihabi prosesləri sağaldır. Qarışım aşağıdakı qaydada hazırlanır:- * 2 stəkan inək südü
- * ½ xörək qaşığı kakao
- * 1 çay qaşığı darçın
- * ½ cay qaşığı üyüdülmüş mixək
- * ¼ çay qaşığı şəkər tozu ( zövqə görə)
Hazırlanması:
Ərzaqlar qazana tökülür və qarışdıra-qarışdıra odun üstündə qaynayana qədər bişirilir. Qaynadıqda isə odun üstündən götürülür və bir az soyuduqdan sonra isti halda içilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kakao haqqında bilmədikləriniz. Ən çox da orta yaşdan yuxarı olanlara kakao içmək..." haqqında müzakirə