Kakao bağırsaq xərçəngindən qoruyur

  • Müəllif: sahane
  • Tarix: 29 yanvar 2018
  • Baxış sayı: 2 875
  • 0 rəy

Kakao bağırsaq xərçəngindən qoruyur.

İmmunitet.az xəbər verir ki, bu, aparılan son araşdırmalar zamanı məlum olub.

Həmçinin məlumatda bildirilib ki, kakaodan istifadə beyin, ürək funksiyalarını yaxşılaşdırır. Mütəmadi istifadə edilərsə şəkərli diabet riskini də azaldır.

İspaniyada yerləşən Qida və Texnologiya İnstitutu mütəxəssisləri bunu siçanlar üzərində sınaqdan çıxarıblar. Belə ki kakao tozu ilə qidalanan və qidalanmayan siçanlar üzərində təcrübələr aparılıb. Bir qrup siçana 12 həftə ərzində kakao verilib. Digər qrupa heç verilməyib.

İlk dörd həftənin sonunda siçanlarda bağırsaq xərçənginin ilk əlamətləri müşahidə edilib.
Digər qismdə isə analiz göstəricilərinin daha az olduğu meydana çıxıb.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kakao bağırsaq xərçəngindən qoruyur" haqqında müzakirə