Kakaonun faydaları
Kakao tonuslandırıcı və ətirli alkoholsuz içkidir. Kakaonu kakao tozu, süd və ya su ilə hazırlayırlar.
İlk dəfə kakao tozu 3000 min il əvvəl əldə olunub. Onu qədim astek qəbiləsinin adamları əldə edib. O zaman bundan kişilər və şamanlar istifadə ediblər. Onlar kakaonu soyuq suda həll edib üzərinə istiot, vanil və müxtəlif ədviyyatlar əlavə ediblər.
Kakaonun tərkibində müxtəlif mikroelementlər(kalsium, kalium, sink, marqans və s.), vitaminlər(B1, B3, A, E, C) və çoxlu faydalı kimyəvi birləşmələr var. Onun tərkibində olanlar orqanizmdə aşağıdakı təsirlərə səbəb olur:
* maqnium stress, gərginlik və narahatçılıq hissini aradan qaldırır, əzələləri rahatlaşdırır
* dəmir qan dövranını və qanın tərkibini yaxşılaşdırır
* kalsium sümük toxumasının və dişlərin möhkəmlənməsinə səbəb olur
* anandamid endorfinin ifrazının artırır, təbii antidepressantdır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur
* feniloetiloamin orqanizmin fiziki yükü qaldırmaq gücünün artmasına səbəb olur, itirilmiş gücü bərpa edir
* bioflavonidlər xərçəng hüceyrələrinə qarşı vuruşur.
Kakao tozu kakao dənələrindən əldə edilir. Kakaodan hazırlanmış içki qəbul eləmək beyinin qidalanmasına, ürək-damar sistemi fəaliyyətinin yüksəlməsinə səbəb olur. Onun tərkibində olan kimyəvi birləşmələr beyinə qanın axmasını sürətləndirir, beyinin qidalanmasına səbəb olur. Kakao yaddaşın yaxşılaşmasına səbəb olur. Saçların möhkəmlənməsi üçün kofe dəmləməsi və kakao qarışımını saçlara sürtüb 20 dəqiqə saxlamaq onların möhkəmlənməsinə və parıldamasına səbəb olur. Bu qarışımı tez-tez saçlara tətbiq eləmək onların rənginin tündləşməsinə səbəb olur. Dietoloqlar arıqlamaq istəyənlərə şəkərsiz kakao içməyi tövsiyə edir. Şəkərsiz və qaymaqlı kakao ən dadlı içkilərdən hesab edilir.
Aktiv həyat yaşamaq üçün 2 yaşından yuxarı olanlara hər səhər yeməyində kakao içmək tövsiyə edilir.
Kakaonun zərərli xüsusiyyətləri
2 yaşına kimi uşaqlara kakao içmək qadağandır. Həddindən çox kakao içmək qəbizliyə səbəb olur. Ürək-damar, əsəb sistemi xəstələrinə kakao içən zaman ehtiyyatlı olmaq tövsiyə edilir. Yatmazdan əvvəl kakao içmək məsləhət görülmür. Bu yuxunun pozulmasına və yuxusuzluğa səbəb ola bilir. Miqren zamanı kakao içmək baş ağrılarının artmasına və qusmaya səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kakaonun faydaları" haqqında müzakirə