Mumyalaşmış döl və ya dölün ana bətnində ölümü

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 15 447
  • 0 rəy

 Mumyalaşmış döl və ya dölün ana bətnində ölümü
Dölün bətndaxili ölümü müxtəlif səbəblərdən baş verir.Bu səbəblər aşağıdakılardır:
- hamiləliyin infeksion xəstəlikləri
- ağır ürək-damar xəstəlikləri
- hamiləliyin ağır toksikozları
- böyrək xəstəlikləri
- ana ilə döl arasında olan rezus uyğunsuzluğu
Hamiləlik zamanı uzun müddət qrip xəstəliyin olması da dölün ölümünə səbəb ola bilir.Dölün ana bətnində ölsməsinin əlamətləri aşağıdakılardır:
* dölün ürək döyüntülərinin dayanması
* dölün hərəkətinin dayanması
* uşaqlığın ölçülərinin balacalaşması
* dölyanı mayenin sorulması
* şişmiş süd vəzilərinin yumşalması
* dölün ürək döyünmə fəaliyyətinin dayanması
* ananın uşaqlıq yolundan ifunətli axıntının gəlməsi
Döl ana bətnində quruduqda mumyalaşır.Mumyalaşma dölün ana bətnində quru çürüməsidir.Bu zaman dölyanı maye ətraf toxumalar tərəfindən sorulur,döl isə büzüşür.Mumyalaşmış dölə ən çox çoxdöllülük zamanı əkizlərdən birində rast gəlinir.Bu zaman dölün biri və ya bir-neçəsi inkişaf edir,biri isə quruyub mumyalaşır.
Bəzən ana bətnində dölün kirəcləşməsi baş verir ki,bu dölün bədənində kirəc duzlarının çökməsindən əmələ gəlir.Bu zaman döl daşa dönür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mumyalaşmış döl və ya dölün ana bətnində ölümü" haqqında müzakirə