Karbonkul
KARBONKUL
Karbonkul dərinin kəskin iltihabi xəstəliyidir.Bu xəstəlik özünə dərialtı piy toxumasını,ətrafdakı tük kisəciklərini və dərialtı toxumanı da cəlb edir.Xəstəliyin törədiciləri qızılı safilakokklardır.Bu xəstəlik ən çox boyunun arxa tərəfində,kürək nahiyyəsində,sarğı əzələsində və s. çıxır.Karbonkul dəri səthində çox da böyük olmayan irinli -iltihablı düyünlər şəklirdə əmələ gəlir .Qısa bir zamanda ölçüsü böyüyərək ətraf toxumalarda da bu cür karbonkulların əmələ gəlməsinə səbəb olur.Onların içərisində yaşıl – boz iltihab olur . İrinli düyünlər yerləşdikləri dərialtı toxumanı prosesə cəlb edirlər.Nəticədə həmin yerdə toxumalar zədələnir və sağalmadan sonra yaraların yerində iri çapıqlar qalır.
Xəstəlik zamanı xəstədə aşağıdakı əlamətlər baş verir:
1 .Yüksək qızdırma -40*
2.Ürəkbulanma
3.Qusma
4.Baş ağrıları
5.Yuxusuzluq
6.Halsızlıq
İlthabi proseslər bədənin bir neçə yerində olarsa xəstədə intoksikasiya əlamətləri meydana gəlir.
Karbonkullar arasındakı məsafələr az olarsa iltihab dərialtl toxumarda bir birinə yaxınlaşıb dərialtı toxumalarda böyük sahədə ölü toxumaya çevrilirlər. Yaralar işlənib təmizləndikdən sonra isə sağalır.
MÜALİCƏSİ:
Karbonkulun müalicəsi zamanı aşağıdakı tədbirlər görülür:
-Karbonkulun ətrafı 70% etil spirti +2% salisil spirti+1% brilliant abısı ilə hazırlanmış məhlulla silinir;
-Mikrob əleyhinə antibiotiklər təyin edilir
-Fizioterapevtik müalicə təyin olunur.
-Cərrahi müdaxilə-ölmüş toxumalar kənarlaşdırılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Karbonkul" haqqında müzakirə