Şistozoma

  • Müəllif: redaktr
  • Tarix: 28 fevral 2017
  • Baxış sayı: 2 133
  • 0 rəy

 Şistozoma
Şistozoma ən çox Asiya, Afrika və Mərkəzi-Cənubi Amerikada yayılmış xəstəliklərdəndir. Yer üzü əhalisinin 200 milyon nəfərində bu xəstəliyin oluduqu müəyyən edilmişdir.
Xəstəliyin əmələ gəlməsinə səbəb insanların qanında tapılan parazitlərdir.Dişi parazitlər mədə və bağırsaqlara və ya sidik kisəsinə öz yumurtalarını qoyur.Parazit yumurtaları bağırsaqların divarından qana sorulur və bütün orqan və toxumalara yayılır. Şistozomanın orqanizmə 2 yolla daxil ola bilir.
1.Bağırsaq
2.Sidik kisəsi
Parazitlər əsasən suda yaşayırlar.Orqanizmə daxil olduqdan sonra xəstədə aşağıdakı əlamətləri verirlər:
- qızdırma
- dəridə qaşınma
- qarında ağrılar
- ishal
- tez-tez sidiyə getmə
Xəstəlikdən heç cür qorunmaq mümkün deyil Çünki,parazitlər istənilən su hövzələrində yaşaya bilirlər.
Profilaktika məqsədi ilə təmiz su bölgələrində çimmək və su hövzələrində çimdikdən sonra təmiz su ilə yuyunmaq lazımdır.
Daima su ilə təmasda olan adamlardan isə suya qoruyucu geyimlə girmək tövsiyə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şistozoma" haqqında müzakirə