Trixinellyoz

  • Müəllif: redaktr
  • Tarix: 4 mart 2017
  • Baxış sayı: 3 023
  • 0 rəy

Trixinellyoz
Trixinellyoz dünyanın bir çox ölkələrində rast gəlinən xəstəliklərdəndir.Xəstəliyi Trishinella spiralis parazitləri törədir.Parazitlər insan orqanizminə donuz,qaban və digər heyvanların ətindən keçir.Parazit sporlarla çoxalmaq qabiliyyətinə malikdir.
Trixinellyoz parazit daşıyan heyvanın əti və yumurtaları vasitəsilə insan orqanizminə düşür,orada kapsul əmələ gətirir.Parazitin yumurtaları bağırsaqda artıb çoxalaraq bağırsaq divarından qana keçir və orqanizmin hər tərəfinə yayılır.Parazitlər əzələ toxumasında kapsullaşıb hətta illərlə yaşaya bilirlər.
Trixinellalar əsasən bağırsaqların yuxarı hissələrində parazitlik edirlər.Xəstəlik öz əlamətlərinin orqanizmə düşəndən 1-3 həftə sonra göstərməyə başlayır.Əlamətlər özünü xəstəliyin ilk həftələrində mədə bağırsaq sistemində əmələ gələn diskomfortla göstərməyə başlayır.Xəstələrdə qatroenterit və diareya əlamətləri özünü göstərir.Bir müddət sonra isə xəstələrdə aşağıdakı əlamətlər meydana çıxmağa başlayır:
- mialqiya
- üzdə şişkinlik
- əzələlərdə hissəvi ağrılar
- əzələlərdə gücün zəifləməsi
- aritmiya
- ürək çatışmazlığı
- yüksək temperatur
Xəstələrdə yüksək temperatur ət və ət məhsullarının qəbulundan bir neçə saat sonra qalxmağa başlayır.
Xəstəliyə diaqnozun qoyulmasında anamnezin toplanması əsas rol oynayır.Qidanı eyni vaxtda qəbul edən adamlarda eyni əlamətlərin başlaması diaqnozun qoyulmasına yardımçı olur.Diaqnozun qoyulmasında əsas rolu xəstənin əzələ toxumasından götürülən biopsiyanın nəticələri təsdiqləyir.
Müalicə məqsədilə xəstəyə antihistamin preparatlar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Trixinellyoz" haqqında müzakirə