Kaverna
Kaverna.
Ümumi məlumat:
Kaverna toxumaların qismən dağılması nəticəsində toxumada əmələ gələn boşluqdur.
Səbəbləri:
Kaverna irinli və qanqrenoz qeyri-spesifik proseslərlə, vərəm, sifilis, pnevmokoniozlarla əlaqədar baş verə bilər. Ağciyərlərin emfizemasında, spontan pnevmotoraksda və empiyemada psevdokaverno-bronxogen kistalar, qovuqlar müşahidə olunur. Yerləşmə yerinə görə ağciyər, qaraciyər, böyrək, sümük və digər orqanların kavernaları ayırd edilir. Lakin ən çox ağciyərlərdə vərəm mənşəli kavernalara rast gəlinir. Ağciyərlərin qeyri-spesifik xroniki xəstəlikləri, göbələk xəstəlikləri- aktinomikoz, histoplazmoz, sporotrixoz bu fəsada gətirib çıxara bilər. Proteolitik fermentlərin, proteinaza, leykositlər və makrofaqların təsiri nəticəsində toxumaların nekrozlaşmış hissələrində kaverna əmələ gəlir. Vərəm zamanı ağciyərin bronx və ya bronxoektatik nahiyyəsində bronxogen və ya bronxoektatik kavernalar əmələ gələ bilər.
Bu kavernalar tək, həm də çox miqdar ola bilər.
Klinikası:
Klinik şəklinə görə kavernalar kəskin və xroniki ola bilər. Kəskin kavernalar çox nazik kapsulaya malikdir, tez keçir və asanlıqla sağalmaya məruz qalır.
Xroniki kavernalar qalın kapsulaya malikdir. Bunların sağalması uzun çəkir, tez-tez kəskinləşmə verir. Bu da çox miqdar bəlğəm ifrazı ilə biruzə verir.
Müalicəsi:
Kavernanın müalicəsi xəstəliyin səbəbindən asılı olaraq simptomatik, ayrı-ayrı hallarda cərrahi yolla aparılır. Belə xəstələr stasionarda müalicə almalıdırlar. Bu zaman antibakterial, desensibilizəedici, yod preparatları ilə müalicə aparılır.
Profilaktikası:
Profilaktikada öz sağlamlığınıza nəzarət etmək lazımdır. Xəstəliyə şübhə olduqda mütləq həkimə müraciət etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kaverna" haqqında müzakirə