Koksit

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 349 377
  • 0 rəy

Koksit.
Ümumi məlumat:
Koksit – bud çanaq oynağının infeksion mənşəli iltihabıdır.

Səbəbləri: vərəm, sifilis, qonoreya, brusellyoz, düzenteriya, revmatizm, irinli infeksiya, Bextrev xəstəliyi və başqaları ola bilər.

Simptomları:

Koksitlər kəskin və xroniki ola bilər. Hər iki halda ümumi əlamətləri, hərəkət zamanı oynaqda güclü ağrı, xəstə oynaqda hərəkətin məhdudlaşması, ətrafın məcburi hərəkəti ilə əzələ kontrakturasının yaranmasıdır. Bud-çanaq oynağı nahiyəsində şişkinlik yaranır, dəqiq müayinə etdikdə oynaqda maye aşkar olunur. Bəzi müşahidələrdə maye oynaqdan kənara çıxır, toxumaların abses və fleqmonası inkişaf edir. Bundan əlavə ümumi əlamətlər – qızdırmanın artması, ümum zəiflik, nəbzin tezləşməsi, iştahanın pozulması qeyd olunur. Onların inkişaf dərəcəsi orqanizmin ümumi reaktivliyindən asılıdır. Daha sonra qığırdağın dağılması, bud çıxığı, ətrafın qısalması qeyd olunur. Bu da gələcəkdə bədənin deformasiyasına gətirib çıxarır.

Diaqnostika:
Diaqnozun qoyulmasında rentgenoloji müayinə mütləq hesab olunur.

Müalicəsi:
İnfeksion koksitdə mikrob əleyhinə terapiya təyin olunur. Oynaq koksiti gips sarğı ilə immobilizasiya olunur.
Oynaqda destruktiv proseslər olduqda cərrahi müdaxilə olunur. Spesifik koksitdə ( vərəm, qonoreya, yatalaq və s.) spesifik müalicə tətbiq olunur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Koksit" haqqında müzakirə