Ağciyərlərin xoşxassəli şişləri

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 2 637
  • 0 rəy

Ağciyərlərin xoşxassəli şişləri.
Tuberkuloma.
Tuberkuloma inkapsulyasiya olunmuş vərəm mənşəli törəmədir. O rentgenoqrammada fokus kimi görünür. Tuberkuloma üçün 2 sm-dən kiçik olan parçalanma əlamətləri ilə kölgəlik xarakterdir. Çünki ağciyər xərçəngi bu ölçüdə olanda nadir hallarda parçalanma əlamətləri ilə rentgeoqrafiyada görünür. Fokusun vərəm mənşəyinə aid olması əsas kölgənin ətrafında və ya aşağısında səpilmə ocaqlarının olmasıdır. Tuberkolomaya xas olan xüsusiyyətlərdən biri də S1, S2, S6 seqmentində yerləşməsidir. Tuberkulomanın diaqnozunu bəlğəmin bakterioloji müayinəsi zamanı vərəm mikrobakteriyasının aşkar edilməsidir. Tuberkuloma üçün kəskin inkişaf etmək və sıxılma simptomu xarakterik deyil. Tuberkuloma zamanı mənfi tuberkulun sınaqları son dərəcə nadir hallarda rast gəlinir.
Ağciyərin xoşxassəli şişi.
Ağciyərlərin xoşxassəli şişi kələ-kötür olmur, parçalanmır. Xoşxassəli törəmələrdən fərqli olaraq ağciyərin kiçik ölçülü periferik xərçənginin (2 sm diametrdə olan) rentgendə kölgəliyinin konturu nadir hallarda kəskin olur. Lakin sonra inkişaf etdikcə (2,5-3 sm) bədxassəli şişin konturları aydın olur. Xoşxassəli şişlər üçün intoksikasiya, qanhayxırma, konturların kələ-kötür olması xarakter deyil.
Retension kistalar.
Bu kistaların konturları şüasız, kələ-kötürsüz və kəskin olur. Retension kistalar zamanı ağciyərlərin şəkli dəyişməmiş qalır. Yadda saxlamaq lazımdır ki, bronxun xərçəng şişi ilə tutulması və obstruksiyadan distal hissədə sekretin toplanması kistaların əmələ gəlməsinə gətirib çıxarır.
Ağciyərlərin xoşxassəli şişinin diaqnozunda kompyuter tomoqrafiyasının və rentgenoqrammanın nəticələri əsas götürülür.
Müalicə zamanı antibiotiklərdən və ağrıkəsicilərdən istifadə edilir. Lazım gələrsə, cərrahi müdaxilə, süa müalicəsi və kimya terapiyası məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağciyərlərin xoşxassəli şişləri" haqqında müzakirə