Yumurtalıqların anadangəlmə qüsurları
İnfantilizm.
İnfantilizm 15-dən yuxarı yaşlarda müəyyənləşdirilən, yumurtalıqların hipofunksiyası və inkişafdan qalması ilə xarakterizə olunan bir xəstəlikdir. İnfantilizmin 2 növü ayırd edilir:
* cinsi infantilizm
* ümumi infantilizm.
Xəstəliyin hər iki növü orqanizmdə patologiya yaradarsa, erkən diaqnoz qoymaq olur.
Etiologiyası:
İnfantilizmin əmələ gəlmə səbəbləri arasında gen pozğunluqları, bətndaxili inkişaf dövründə ağırlaşmalarla yanaşı, həmçinin qidalanma pozulması (avitaminoz), uşaq infeksiyaları, tonzillit, revmatizm, yumurtalıqlarda keçirilən əməliyyatların da rolu olduğu bildirilir. İnfantilizm zamanı yumurtalıqların qonodotrop hormonlara olan həssaslığı artır. Digər yandan isə uşaqlıq, uşaqlıq yolu və süd vəzilərinin də steroid hormonlara qarşı həssaslığı artır. İnfatilizm zamanı estrogen reseptorlarının sayının azalması ilə əlaqədar olaraq uşaqlığın yığılma qabiliyyəti azalır.
İnfantil qızlar adətən alçaq boylu, nazik bədənli olurlar. Onların çanaqları bərabər şəkildə daralmış vəziyyətdə olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yumurtalıqların anadangəlmə qüsurları" haqqında müzakirə