Təqvimə əsaslanan üsulla hamiləlikdən qorunma
Bu üsullara standart günlər və təqvim üsulu aiddir.
Standart günlər üsulundan menstural tsikli müntəzəm olan qadınlar istifadə edə bilərlər. Belə halda 8-19-cu günlər fertil günlər hesab edilir. Təqvim və ya ritm üsuluna görə son 6 ay ərzində aybaşı tsikllərinin davamiyyəti məlum olmalıdır və bunların əsasında fertil günlər hesablanır. Belə ki, ən qısa aybaşı tsiklinin müddətindən 18 gün çıxmaqla fertil günərin hesablanmasını, ən uzun tsiklin müddətindən isə 11 gün çıxmaqla fertil dövrün sonunu hesablamaq olur. Məsələn, son 6 ay ərzində qadında aybaşı tsikllərin aşağıdakı kimi olub. 27, 30, 28, 29, 28, 32. Burada ən qısa tsikl 27, ən uzunu isə 32 gün təşkil edib. 27-18=9,32-11-21. Beləliklə, bu qadında fertil günlər 9-21 olacaqdır. Son aybaşı tsikllərinin müddətini nəzərə alaraq fertil dövr hər ay hesablanmalıdır.
Lakin bu üsulun istifadəsinə dair bəzi məhdudiyyətlər mövcuddur. Belə ki, menarxedən sonra 1 il ərzində və ya premenopauza dövründə olan qadınlarda aybaşı tsiklləri qeyri-müntəzəm olduqda fertil günlərini təyin etmək çətin ola bilir. Təqvim günlərini təyin etmək üçün abortdan və doğuşdan sonra növbəti aybaşını gözləmək lazımdır.
Ovulyasiyaya təsir edən bəzi dərman vasitələrinin (sedativ, antidepressant, qeyri-steroid iltihabəleyhinə preparatlar) qəbulu zamanı bu üsuldan istifadə etmək məsləht görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Təqvimə əsaslanan üsulla hamiləlikdən qorunma" haqqında müzakirə