Aybaşı zamanı cinsi əlaqəyə girmək olarmı?

  • Müəllif: elnare
  • Tarix: 18 mart 2017
  • Baxış sayı: 100 812
  • 0 rəy

Aybaşı zamanı cinsi əlaqəyə girmək olarmı?
Qadın orqanizmi ayda bir dəfə aybaşı tsiklinin olması ilə öz qadınlığnı sübut edir. Aybaşı qadının normal, təbii, fizioloji halıdır. Bu hal qadınlarda diskomfort əmələ gətirir. Bəs aybaşı zamanı cinsi əlaqədə olmaq olarmı?
Son illərə qədər aybaşı zamanı cinsi əlaqədə olmaq normal sayılmırdı. Amma indi mütəxəssislər aybaşı zamanı cinsi əlaqədə olmaqda heç bir patoloji hal görmürlər. Aybaşı zamanı sekslə məşğul olmaq sağlan və hormal hal hesab edilir. Seksoloqlar qadının seksə olan həvəsini aybaşı tsikli ilə əlaqəli olduğunu söyləyirlər.  Hər bir qadının seksə olan həvəsi özünəməxsus olur. Buna görə də bəzi qadınların hətta aybaşı zamanı belə cinsi həvəsi olur. Bu zaman onların seksə olan həvəsi adi günlərdəkindən fərqlənmir. Qadınların bir qismi isə aybaşı zamanı daha da həssaslaşır və onların cinsi əlaqəyə girməyə həvəsləri daha da çox olur. Bu zaman isə onlar heç bir narahatlıq hissi yaşamır və adi günlərdəki kimi seksdən həzz alırlar.
Seks zamanı qadının orqanizmi endorfin hormonu ifraz edir. Bu hormon isə insana ağrı və narahatlıq hissini yaşatmır. Endorfin hormonunun əmələ gətirdiyi məmmunluq hissi qadınları aybaşı zamanı meydana çıxa biləcək diskomfortdan qoruyur. Bəzi qadınlar hətta aybaşı zamanı cinsi əlaqəyə girdikləri zaman aybaşı ağrılarının və spazmların baş vermədiyini qeyd edir. Mütəxəssislər qadınlara aybaşı zamanı cinsi əlaqəyə girdikləri zaman diqqətli olmağı tövsiyə edir. Belə ki, aybaşı zamanı uşaqlığın ağzı genəlmiş olur. Bu isə uşaqlığa asanlıqla mikrobların daxil olmasına səbəb olur.Kontraseptivlərdən istifadə etmədikdə mikrob orqanizmə daxil ola və toksiki şok verə bilir.
Bütün bunlara baxmayaraq
 İslam dini ilə yanaşı bir çox dinlər bu halda qadınla yaxınlıq etməməyi tapşırır
Qurani Kərimdə birbaşa olaraq aybaşı dövründə cinsi əlaqə haram buyrulur
Azərbaycan xalqının inanclı xalq olduğuna görə bu məqalədən bir nəticəyə gələ bilərik ki
Aybaşı dövründə cinsi əlaqədən uzaq dursanız daha yaxşı olar
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aybaşı zamanı cinsi əlaqəyə girmək olarmı?" haqqında müzakirə