Hamiləlikdən qorunmaq üçün uşaqlıqdaxili vasitələr.(Spiral)
Bu xüsusi vasitələrin köməyi ilə uşaqlıq boşluğuna yeridilən hamiləlikdən qorunma üsuludur. Bu üsul hamilə qalmamaq üçün ən əhəmiyyətli üsul sayılır. Uşaqlıqdaxili hamiləlikdən qorunma vasitəsinin təsir mexanizmi aşağıdakılardan ibarətdir:
1. Mayalanmanın qarşısının alınması
– Tərkibində mis ionlarının olması spermatotoksik təsir göstərir.
– Yad cismin mövcudluğu endometriumda leykositar reaksiyanı əmələ gətirərək lizosimin və onun parçalanma məhsullarını əmələ gətirir. Əmələ gələn məhsullar endometriumun seliyinin spermasid effektinin artmasına gətirib çıxarır.
2. Əgər hamiləlik baş verərsə boruların peristaltikasının artması ziqotanın blastosist mərhələsinə çatmamış mərhələdə implantasiyaya hələ hazır olmayan endometriuma düşməsinə gətirib çıxarır.
Spiralın yüksək dərəcədə effektivliyi istifadəsinin sadə olması, təsirinin uzun müddətli olması, fertilliyin tez bərpa olunması, laktasiya dövründə istifadəsinin mümkünlüyüdür. Onun çatışmayan cəhətləri isə yeridilmə zamanı baş verən fəsadlar, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin riskinin artması, aybaşı tsiklinin pozulmaları və aybaşının ağrılı olmasıdır. Spiralın ən pis cəhəti isə onun uşaqlıqdan özbaşına xaric olmasıdır ki, bu da təsadüfi hallarda baş verir.
Spiralın qoyulmasına əks göstərişlərə aşağıdakılar aiddir:
* hamiləlik yaxud ona şübhə
* qeyri-müəyyən mənşəli aybaşı pozulmaları
* uşaqlıq boynunun xərçəngi
*endometriumun xərçəngi
*cinsiyyət orqanlarının vərəmi
* uşaqlığın inkişaf anomaliyaları.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hamiləlikdən qorunmaq üçün uşaqlıqdaxili vasitələr.(Spiral)" haqqında müzakirə