Hamiləlikdə çəki artımı

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 639
  • 0 rəy

Hamiləlikdə çəki artımı.
Ana olmağa hazırlaşan hər bir qadın doğulacaq uşağının sağlam olması üçün qidalanmasına diqqət yetirməlidir. Sağlam ana, sağlam qida – sağlam uşaq deməkdir. Hamiləlik zamanı qadınlar yediyi qidalara diqqətlə yanaşmalıdırlar.  Bəzən iştahanın artması, qəbul edilən vitaminlər səbəbindən həddindən çox qida qəbulu, hormonal sistemdə baş verən dəyişikliklər, hamilə qadınların çəkisinin artmasına səbəb olur. Sağlam və keyfiyyətli qidalarla qidalanma ananın südünün keyfiyyətli olması ilə bərabər onun çəkisinin də artmasına səbəb olur.
Qəbul edilən qidaların tərkibində olan dəmir və vitaminlər doğuşdan sonra körpənin həyatının ilk 6 ayında vitaminlərə olan ehtiyacını ödəyir.
Hamilə qadın tərkibində şəkər və yağın miqdarı yüksək olan qidalardan başqa, hər bir qidadan az miqdar da olsa qəbul eləməlidir. Az miqdar yağın ana üçün heç bir təhlükəsi yoxdur.
Hamiləlik zamanı tərkibində qatqı maddələri olan qida məhsullarından istifadə etmək olmaz.
Gələcəyin hər bir anası dünyaya göz açacaq körpəsinin sağlamlığı üçün 9 ay boyunca qidasına diqqət yetirməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlikdə çəki artımı" haqqında müzakirə