Qadınlara hamiləlik dərmanları zərərlidirmi?

  • Müəllif: elnare
  • Tarix: 16 yanvar 2017
  • Baxış sayı: 2 204
  • 0 rəy

Qadınlara hamiləlik dərmanları zərərlidirmi?
Aybaşını həmişəki eyni vaxtında olmaması və hamilə qalmaq üçün bəzən qadınlar müxtəlif dərman preparatlarından istifadə edirlər. Bu dərmanlardan qəbul edən qadınların dərmanın yanaşı təsirləri haqqında mütləq məlumatı olmalıdır. Ən çox aybaşı ləngiməsi üçün dərmanlardan istifadə edən qadınlarda hormonal pozğunluqlar və sonsuzluq problemləri meydana çıxa bilməməsi barədə məlumatlar var. Hamiləlik qalmaq üçün qəbul edilən dərman preparatları ciddi patologiyalara səbəb olmasa da, qadınlarda qəbizliyə, gərginliyə səbəb ola bilir.
Hamiləlik dərmanlarını kimlər qəbul edə bilməz?
Bu dərmanlardan il ərzində iki dəfədən artıq qəbul etmək qaraciyər xəstələri üçün məsləhət görülmür. Mütəxəssislər qərman qəbul etmək istəyənlərin ilk növbədə qaraciyər və böyrəklərinin fəaliyyətinin yoxlanılmasını məsləhət görürlər. Həkim məsləhəti ilə qəbul edilməsi vacib olan bu dərmanlardan ən çox həddindən artıq çəkiyə sahib olanların,antidepresant qəbul edənlrin və siqaret çəkənlərin qəbul etməsi məsləhət bilinmir.Hamilə qalmaq üçün qəbul edilən dərman vasitələrinin qəbul edilərkən hormonıarın nəzarət altında qalması vacib sayılır.
Hamilə qalmaq məqsədilə dərman qəbul edənlər bu dərmnları mütləq həkimin göstərişi ilə qəbul etməlidirlər.Bu dərmanları qəbul edənlərin isə vaxtaşırı ultrasəs müayinəsindən keçmələri vacibdir. Hamilə qalmaq üçün istifadə edilən dərmanların qəbulu zamanı ultrasəs müayinəsinin vacibıliyi dərmanın təsirinin olub-olmamasını təyin etmək üçündür. Hamiləlik zamanı və döş xərçəngi olduqda bu dərmanın qəbulu yolverilməzdir. Bu səbəblərdən də dərman qəbul edərkən daha diqqətli omaq lazım gəlir.
Hamilə qalmaq üçün dərmanların qəbulu zamanı bəzən hamiləlik baş verməyib, aybaşı gecikmələri ola bilir. Buna səbəb isə qəbul edilən dərmanların hormonal tərkibli olması və az da olsa hormonal sistemə təsir etməsidir. Amma bu təsir qalıcı və uzun müddətli olmur. Bəzən isə dərmanın tərkibində olan progestron səbəbli dərman qəbul edən qadınların döşündə ağrı və ağırlıq hissi meydana çıxa bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qadınlara hamiləlik dərmanları zərərlidirmi?" haqqında müzakirə