Üzün proqressiv hemiatrofiyası

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 129
  • 0 rəy

Üzün proqressiv hemiatrofiyası
Bu üzün yarısının bütün toxumalarının tədrici atrofiyasıdır. Xəstəliyin əmələ gəlməsinin əsil səbəbi tibbə məlum deyil. Bəzən səbəb kimi aşağıdakılar göstərilir:
– üzün və ya kəllənin zədələri
– yoluxucu xəstəliklər
– üçlü sinirin nevralgiyası.
Əksər hallarda üzün proqressiv hemiatrofiyası yuxarıda sadalanan xəstəliklərdən sonra baş verir. Çünki üzün hemiatrofiyasının inkişafında vegetativ sinir sisteminin xəstəlikləri də əsas rollardan birini oynayır. Bəzi mütəxəssislər isə xəstəliyin baş verməsində üçlü sinirin zədələnməsini və funksiyasının pozulmasını səbəb göstərirlər.
Xəstəliyə əsasən 10-20 yaşlı gənclər arasında rast gəlinir. Atrofiya üzün məhdud sahəsində baş  verir. Çox vaxt üzün sağ tərəfi zədələnir. Bu zaman əvvəlcə dəri, sonra dərialtı piy qatı, əzələlər, sümüklər atrofiyalaşır və piqmentsizləşir. Bu zaman Horner sindromu meydana çıxır. Xəstəlik baş verən nahiyədə hissiyyat pozulmaları olmur, nevralgik ağrılar qeyd edilir. Tüklərin codlaşması və rənginin itirməsi xəstəliyin əlamətlərindən sayılır. Ağır hallarda üzün kobud simmetriyası baş verir, dəri nazilir, qırışır. Bu zaman dərinin altından damarlar görünür, kiçilmiş çənədən dişlər tökülür. Bəzi hallarda atrofiya prosesi boyun, bazu qurşağı, əllər və bədənin yarısına kimi yayılır və total hemiatrofiya inkişaf edir.
Xəstəlik yalnız sərbəst şəkildə deyl, digər bəzi xəstəliklərin ağırlaşmaları halında da meydana çıxa bilir. Aşağıdakı hallarda da üzün hemiatrofiyası meydana çıxa bilir:
* sirinqomieliya
* üçlü sinir şöbəsinin şişləri
* boyunun simpatik sinirlərinin zədələnməsi hallarında
* qalxanabənzər vəzdə zədələnmələr olduqda.
Xəstəliyim müalicəsi yoxdur. Ağrılar gücləndikdə ağrıkəsicilərdən və qıcolma əleyhinə preparatlardan istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Üzün proqressiv hemiatrofiyası" haqqında müzakirə