Vegetativ pozulmalar
Vegetativ pozulmalar
Vegetativ pozulmalar aşağıdakı şəkildə özünü göstərir.
Simpatik-adrenal böhranlar .
Bu özünü döş qəfəsi və baş nahiyəsində xoşagəlməz hisslər,ürək döyünməsi,arterial təzyiqin yüksəlməsi,midriaz,üşüməyə bənzər hiperkinezlər,kəskin qorxu və həyəcan hissləri ilə biruzə verir.
Vaqoinsulyar böhranlar
Bu zaman xəstələrdə baş gicəllənmə,ürəkbulanma,arterial təzyiqin enməsi,bradikardiya,ekstrasistoliya,tənəffüsün çətinləşməsi və mədə-bağırsaq diskineziyası baş verir.
Vegetativ pozulmalar ümumi,sistemli və lokal olur.
Ümumi pozulmalar dəri vegetativ dəyişiklikləri və istilik tənziminin pozulması da daxil olmaqla bütün visseral sistemlərdə eyni vaxtda üzə çıxır.Tez-tez baş verən vegetativ dəyişikliklər xəstədə kardiovaskulyar sistemə təsir edir.Bu özünü aşağıdakılarla biruzə verir:
* qıcıqlanan ürək
* ürək dayanıqsızlığı
* taxikardik nevroz
Bu pozulmalar zamanı xəstələrdə ürəkdöyünmə,döş qəfəsinin sol yarısında ağrı,asteniya,əsəbilik,yuxunun pozulması,baş ağrısı,baş gicəllənmə,paresteziya və gəyirmələr müşahidə olunur.Xəstəliyin əsas əlamətlərindən biri güclənmiş tənəffüs və gəncolma hesab edilir.Bu zaman xəstələrədə hava çatışmazlığı,döş qəfəsinin sıxılması,tənəffüsün çətinləşməsi qeyd olunur.Tənəffüs pozulmaları ürək döyünmə və döş qəfəsində sıxılma hissi ilə müşahidə edilərsə xəstələrdə miqren və bayılma ilə nəticələnir.Bütün bu əlamətlər həyəcan doğuran şəraitdə meydana gəlir(imtahan vaxtı,kütlə qarşısında çıxış etdikdə,metroda,hündürlükdə).
Lokal vegetativ pozulmalar isə başın bir hissəsində ağrıların olması ilə müşayiət edilir.Bəzi hallarda ətrafların distal hissəsində də lateral təzahürlər meydana çıxa bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Vegetativ pozulmalar" haqqında müzakirə