Nevrasteniya

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 5 621
  • 0 rəy

Nevrasteniya.
Ümumi məlumat:
Nevrasteniya – yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifləməkdən ibarətdir.
Simptomları:
Xəstə, çox kiçik, əhəmiyyətsiz bir şeydən hirslənir. Ucadan danışmaq, qapının çırpılması, yazı qələminin səsi, su kranının şırıltısı, ətrafdakıların az və ya çox danışması xəstəyə pis təsir edir. Belə şəxslər ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azalmasından şikayətlənirlər, tez kövrəlir, başı ağrıyır.
Ən çox yuxu pozğunluğı olur, xəstə yata bilmir. Bəzən xəstənin yaddaşı zəifləyir, fikrini cəmləşdirə bilmir.
Siz nə edə bilərsiniz:
Əgər siz yuxarıdakı əlamətlərlə rastlaşırsınızsa, mütləq həkimə müraciət edin.
Həkim nə edə bilər:
Həkim-nevropapatoloq xəstədə heç bir üzvi pozğunluq əlaməti tapılmadığı halda, reflekslərin yüksəlməsi, dərinin tərli, soyuq olması, əl barmaqların və göz qapaqlarının titrəməsi, qırmızı yaxud ağ dermoqrafizmin olması və bir sıra funksional pozulma əlamətlərini aşkar edir. Həkim xəstənin vəziyyətindən asılı olaraq sakitləşdirici prepratlar, vitaminlər və s. təyin edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nevrasteniya" haqqında müzakirə