Baş beynin silkələnməsi

  • Müəllif: elnare
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 2 523
  • 0 rəy

Baş beynin silkələnməsi.
Baş beynin silkələnməsi, kəllə – beyin travmasının müxtəlifliyidir.
Baş beynin silkələnməsi başdan zərbə aldıqda baş verır – yıxılma, nəqliyyat hadisələrində, məişət və küçə travmalarında müşahidə oluna bilər.
Travma zamanı damarların spazmı, baş beynin qan dövranının pozulması müşahidə olunur. Silkələnmə zamanı qısamüddətli funksional pozğunluqlar müşahidə olunur. Bu zaman kompyuter tomoqrammada heç bir dəyişiklik qeyd olunmur.
Simptomları:
Bu zaman insan huşunu 5 dəqiqəlik itirir, xəstə silkələnmədən qabaqkı hadisələri xatırlamır. Baş ağrısı, başgicəllənmə, yuxululuq, qusma baş verir. Arterial təzyiq dəyişmir. Bu vəziyyət 7-12 gün davam edə bilər. Xəstə bu müddət ərzində stasionarda olmağı məsləhətdir. Xəstə vaxtında müalicə almasa qıcolma, epilepsiya inkişaf edə bilər.
Siz nə edə bilərsiniz:
Mütləq travmatoloji şöbəyə müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
Həkim xəstəni müayinə edir, xəstənin rentgenoloji müayinəsi aparılır. Zəruri olarsa başbeynin EXO-qrafiyası aparılır. Baş beynin silkələnməsində xəstə stasionara yerləşdirilir, 1-2 həftə ciddi yataq rejimi təyin olunur. Burada müvafiq müalicə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Baş beynin silkələnməsi" haqqında müzakirə