Reyno sindromu

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 9 995
  • 0 rəy

Reyno sindromu.
Ümumi məlumat:
Reyno xəstəliyi bədənin müəyyən hissələrində, ən çox əl barmaqlarında arteriya və kapilyarların tutmalar şəklində spastik hala düsməsi ilə cərəyan edir. Burada damar divarı və onu tənzim edən sinir aparatında morfoloji dəyişiklik olmadığı halda, damarların nevrogen mənşəli və tez keçib gedən funksional pozgunluğu olur.
Simptomları:
Reyno xəstəliyi 3 mərhələdə cərəyan edir: 1) angiospastik; 2) məhəlli asfiksiya; 3) nekroz
Angiospastik mərhələdə yuxarı ətraf damarlarının sıxılması nəticəsində barmaqların ücları ağarır, əl soyuyur, dərisi solğunlaşır, hissiyat zəifləyir, ətraflarda ağrı və paresteziya olur. Damarlarda spazma keçdikdən sonra barmaqların solğuluğu sianozla əvəz olunur və nəhayət barmaqlarda hiperemiya baş verir. Bu zaman xəstə barmaqlarında istilik, yanğı hissi, bəzən də iynə -sancaq batma hissi keçirir, belə vəziyyət müxtəlif xəstələrdə müxtəlif müddətə davam edir.
Məhəlli asfiksiya mərhələsində, ilk növbədə, venoz durgunluq baş verir. Nəticədə dəri göyərir, yaxud mərmər şəklini alır. Bu dövrdə ağrı, paresteziya və hissiyat pozğunluğu kəskinləşir, dəru quruyur və ətraflar soyuyur.
Nekroz mərhələsi isə barmaqların ucunun, dərinin nekrozlaşması ilə nəticələnir.
Müalicəsi:
Xəstəyə siqaret çəkmək, içki içmək qadağan edilməlidir. O, əllərini isti su ilə yumalı, soyuq havada isti əlcək taxmalıdır. Ona isti vanna və masaj təyin edilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Reyno sindromu" haqqında müzakirə