Parkinson xəstəliyi

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 479
  • 0 rəy

PARKİNSON XƏSTƏLİYİ
Xəstəliyin klinikasını Ceyms Parkinson təsvir etmiş və onu “əsmə iflici” deyə adlandırmışdır. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinən əsmə ilə müşayət olunan xəstəlikdir. Yaş artdıqca əsmələrin tezliyi artır, kəskin sürətlə əsməcə çoxalır.
ETİOLOGİYASI :

Xəstəlik sinir sisteminin keçirilmiş kəskin və xroniki xəstəlikləri nəticəsində baş verir.
Bu xəstəliklərə ensefalitin müxtəlif növləri, gənə ,virus ,serebral ateroskleroz, baş beyinin damar xəstəlikləri, sinir sisteminin şişləri və s. aiddir. Çox vaxt xəstəliyin ailəvi xarakter daşıdığı aşkar edilir. Əsmə – iflicin və parkinsonizm siondromunun əsas xüsusiyyətidir.
Normal bazal düyünlərdə dofaminlərin miqdarı sinir sisteminin başqa strukturlarında olduğundan çoxdur. Qara maddənin və solğun kürənin zədələnməsi zamanı quyruqlu nüvədə və qabıqda dofaminin səviyyəsi azalır, dofaminlə noradrenalin arasında nisbət pozulur. Qara maddənin funksiyası kəsildiyi zaman beyin qabığına gələn impulsların blokadası baş verir, bu isə əzələ liflərinin rigidliyinə və parkinsonizmin əsas əlaməti olan əsməyə gətirib çıxardır.
KLİNİKASI:

Əsas kliniki sindrom hipertonik, hiperkinetik sindromdur. İradi hərəkətlər azalır, xəstələrin az hərəkətliliyi, hərəki fəallığın kəskin surətdə azalması, dinc haldan hərəkətə keçmək zamanı çətinliklər əsas əlamət hesab olunur. Xəstə bir vəziyyətdə oturaraq qalır, sanki “donur”. Üz donmuş, maskavari sifət alır Mimikalar zəif əmələ gəlir, xəstə gülmək və ya ağlamaq istəsə lazım gələn mimikanı ala bilmir. Xəstələrdə psixi pozğunluqlar, təbəssümün, fəalığın itməsi  maraq dairəsinin,dünyagörüşünün azalması baş verir. Parkinsonizmli xəstələrdə baxışın yuxarı zillənməsi, bəzən bu zaman başın arxaya doğru əyilməsi olur.
DİAQNOZU:

Xəstəlik üçün əsmələr, göz hərəki əlamətlər, əyri boyun, gövdə distoniyası, yuxunun pozulması, əsnəmə və öskürək tutmaları ilə tənəffüs diskineziyaları, vegetativ paroksizmalar xarakterikdir.
MÜALİCƏSİ:

Müalicə kompleks şəkildə uzunmüddətli arapılır. Xəstələrə antiparkinsonitik preparatlar, sedstiv dərmanlar, müalicə idmanı, fizioterapevtik,psixoterapevtik müalicə aparılır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Parkinson xəstəliyi" haqqında müzakirə