Brusellyoz
Xəstəliyi qrammənfi Brusella bakteriyaları törədir. Əsas infeksiya qaynağı xəstələnmiş heyvanlar, (iri və xırdabuynuzlu mal-qara) təşkil edirlər. Yolxuma kontakt, alimentar, hava-damcı yolu ilə baş verir.
Patogenezi:
Brusellalar orqanizmdə hematogen, limfogen yolla yayılırıar. Xəstəliyin kəskin fazasında mərkəzi sinir sistemində serroz – hemorragik iltihabi hallar aşkar edilir. Sinir köklərində, periferik sinirlərdə, simpatik düyünlərdə iltihabi dəyişikliklər olur.
Klinikası:
Xəstəliyin inkubasiya dövrü 2-4 həftə təşkil edir. Xəstənin temperaturu 40 dərəcə C-ə yüksəlir, üşütmə, tərləmə, oynaq və əzələ ağrıları, yuxusuzluq, baş ağrısı, limfa düyünlərinin böyüməsi baş verir. Çox vaxt burun qanaxmaları ilə hemorragik diatez müşahidə olunur. Sonra xəstəlik kəskin fazadan xroniki fazaya keçir. Bu zaman xəstədə ümumi intoksikasiya əlamətləri azalır, ancaq xəstənin daxili üzvlərində zədələnmə əlamətləri üstünlük təşkil edir. Brusellyoz zamanı sinir sisteminin bütün şöbələri ( mərkəzi, periferik, vegetativ) zədələnir. Vegetativ sinir sisteminin zədələnməsi xəstənin dərisinin qurumasına, tüklərin tökülməsinə, dırnaqlarının kövrəkləşməsinə, arıqlamasına, osteoporoza səbəb olur. Brusellyozun nevroloji təzahürləri uzun müddət ərzində residivləşə və yaxşılaşa bilir.
Diaqnostikası:
Qanda laborator müayinələr zamanı mikrobun müayinəsinin müsbət nəticəsi zamanı təsdiq edilir.
Müalicəsi:
Brusellyozun kəskin və yarımkəskin formalarında xəstəyə antibiotiklər təyin edilir. Bundan başqa ümumi möhkəmləndirici vasitələr, simptomatik müalicələr də aparılır. Sinir sisteminin periferik zədələnməsi zamanı fizioterapevtik müalicənin aparılması məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Brusellyoz" haqqında müzakirə