Qadın cinsiyyət üzvlərinin inkişaf qüsurları
Cinsiyyət üzvlərinin anadangəlmə qüsurları qadınların 1%-ində aşkar olunur. Qadın cinsiyyət üzvlərinin inlkişaf anomaliyalarına orqanizmin bütün inkişaf qüsurları arasında 4% təşkil edir.
Cinsiyyət sisteminin inkişaf pozulmalarına irsi, ekzogen və multifaktorlar səbəb olur. Cinsiyyət üzvlərinin inkişaf qüsuru erkən ontogenez dövründə cinsiyyət üzvlərinin formalaşdığı bir vaxtda baş verir. İnkişaf qüsurlarına aşağıdakılar aiddir:
* paramezonefral axacaqların birləşməsindəki pozulmalar
* paramezoneral axacaqların rekanalizasiyası
* urogenital sinusdakı qüsurlar
* qonadların formalaşmasının pozulması
Cinsiyyət üzvlərinin qeyri-düzgün differensasiyası genetik səbəblərdən asılıdır. Cinsiyyət üzvlərinin inkişaf anomaliyaları əsasən embrionun və dölün inkişaf etdiyi bətndaxili mühitin pozulması ilə əlaqədar olur. Genital anomiyaları təsadüf edilən xəstələrin analarının anamnezində çox vaxt hamiləliyin patoloji gedişatı aşkar olunur. Bu patologiyaların əsasını erkən və gec hestozlar, zəif qidalanma, hamiləliyin erkən dövründəki infeksiyalar, abort təhlükəsi təşkil edir. Cinsiyyət üzvlərinin inkişaf anomiyalarının inkişafı bəzi zərərli amillərlə də əlaqəli ola bilir. Zərərli amillər dedikdə böyrəklərin inkişaf anomiyaları nəzərdə tutulur ki, bu anormallıq uşaqlığın inkişaf qüsuruna səbəb olur.
Qadın cinsiyyət üzvlərinin inkişaf qüsurları dedikdə aşağıdakılar nəzətdə tutulur:
Aplaziya – üzvün hər hansı bir hissəsinin olmamasıdır.
Hipoplaziya – üzvün natamam inkişafı ilə səciyyələnən inkişaf qüsurudur.
Aqeneziya – üzvün anadangəlmə olmaması.
Dizqafiya – üzvün hissələrinin bitişməməsi və ya bağlanmamasıdır.
Multiplikasiya – üzvlərin sayının və ya hissələrinin çoxalmasıdır.
Heteropotiya – üzvün və ya toxumanın özünəməxsus olmayan yerdə inkişafıdır.
Ginatreziya – qadın cinsiyyət aparatının aşağı şöbəsinin üçdə bir hissəsinə bitişməsidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadın cinsiyyət üzvlərinin inkişaf qüsurları" haqqında müzakirə