Xarici cinsiyyət üzvlərinin və uşaqlıq yolunun zədələnmələri
Qadın cinsiyyət üzvlərinin travmalarına nadir hallarda rast gəlinir. Zədələyici amilin xarakterinə görə onlar aşağıdakı formalara bölünürlər:
– küt travma nəticəsində əmələ gələn zədələr
– deşilmiş, kəsilmiş, odlu silah yaraları
– iti əşyalar üzərinə yıxılma nəticəsində yaranan zədələr
– cinsi əlaqə, doğuş, tibbi əməliyyatlar zamanı yaranan zədələr.
Xarici cinsiyyət üzvlərinin və uşaqlıq yolunun travmaları doğuş vaxtı, kobud cinsi əlaqə zamanı, xüsusilə sərxoş vəziyyətdə baş verdikdə əmələ gəlir. Xarici cinsiyyət üzvlərinin travmaları zamanı xəstələrin əsas şikayətləri ağrı və qanaxmadan ibarət olur. Sürətlə böyüyən göyümtül-qırmızı törəmə şəklində hematomanın əmələ gəlməsi xəstədə cinsiyyət üzvləri nahiyyəsində gərginlik hissi, ağrılar, tenezmlər, bəzən anemizasiya ilə təzahür edir.
Xəstəliyə diaqnoz qoymaq heç də çətinlik törətmir.
Travmalar ağır olmadıqda müalicə antiseptik məhlulların köməyi ilə sağala bilir. Ağır travmalar olduqda müxtəlif cərrahi əməliyyatlar lazım gələ bilir. Yara iri olduqda xəstəyə geniş spektrli antibiotiklər təyin edilir. Güclü qanaxma müşayiət edilərsə şok əleyhinə preparatlar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xarici cinsiyyət üzvlərinin və uşaqlıq yolunun zədələnmələri" haqqında müzakirə