Endometriumum atipik hiperplaziyası
Endometriumun atipik hiperplaziyası bazal, funksional və yaxud endometriumun hər iki qatından inkişaf edə bilər. Digər tərəfdən atipik hiperplaziya təkcə qalınlaşmış endometriumda deyil, eləcə də nazikləşmiş endometriumda əmələ gələ bilir. Xəstəliyin 3 dərəcəsi var:
– zəif
– orta
– ağır.
Endometriumun atipik hiperplaziyasının əmələ gəlməsində reproduktiv yaş dövründə olan qadınlarda neyro-endokrin patologiyanın rol oynadığı müəyyən olunmuşdur. Xəstəlik əvvəlcə endometriumun bir hissəsindən başlayır, sonra isə get-gedə prosesə digər tərəflərdə qatılır. Menopauza dövründə qonadoliberinlərin sekresiyasının yüksəlməsi ilə əlaqədar olaraq hormona həssas olan orqanlarda da patologiyalar özünü göstərir. Xəstənin uşaqlığında, süd vəzilərində də patoloji dəyişikliklər meydana çıxır. Xəstəliyin kliniki gedişi xəstənin yaşından, yanaşı gedən xəstəliklərdən və patogenezin xüsusiyyətlərindn asılıdır. Endometriumun patologiyasının kliniki şəkli, özünü adətən menstural siklin və metobolik proseslərin pozulması ilə göstərir. Xəstəlik adətən bədxassəli olur və xərçəngönü xəstəliklərdən sayılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Endometriumum atipik hiperplaziyası" haqqında müzakirə