MENSTURASIYA

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 287
  • 0 rəy

MENSTURASIYA.
Mensturasiya (aybaşı) endometriumun funksional qatının deskvamasiya və regenerasiyasını ifadə edir. Sarı cismin yetişməsi və cinsi steroidlərin miqdarının kəskin azalması ilə əlaqədar endometriumda hipoksiya artır. Qanın durğunluğuna və trombların əmələ gəlməsinə gətirib çıxaran arteriyaların uzunmüddətli spazmı aybaşının başlamasına səbəb olur. Endotelin keçiriciliyinin artması, damarların divarlarının kövrəkliyi, çoxsaylı kiçik qansızmalar və böyük leykositar infiltirsiya toxumaların hipoksiyasını daha da dərinləşdirir. Damarların uzunmüddətli spazmından sonra onların güclü qan axını ilə səciyyələnən paretic genişlənməsi əmələ gəlir. Bu zaman mirosirkulyator dövranda hidrostatik təzyiqin artması baş verir ki, həmin zaman damarların divarı öz bərkliyini itirir, onların cırılması baş verir, aybaşı prosesi başlayır.
Aybaşının birinci sutkasının sonunda funksional qatın üçdə iki hissəsi qopur, tam deskvamasiya isə 3-cü gün başa çatır. Fizioloji şəraitdə tsiklin 4-cü günü selikli qişanın yara səthi bütövlüklə epitelizasiya olunur.
Aybaşı tsikli qızlarda normal halda 12-13 yaşlarından başlayır və 28-30 gündən bir təkrarlanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"MENSTURASIYA" haqqında müzakirə