Quduzluq təhlükəsi
Quduzluq virusu orqanizmə zədələnmiş dəridən daxil olur və sinir liflərilə yayılır. Bundan başqa, virusun orqanizmdə qan və limfa cərəyanı ilə yayılması da mümkündür. Xəstəliyin patogenezində əsas rolu virusun sinir hüceyrələrinin asetilxolin reseptorlarını bağlaya bilmək və reflektor oyanıqlığı yüksəltmək, sonda isə iflicə səbəb olmaq qabiliyyəti oynayır. Virusun baş və onuğa beynin hüceyrələrinə siraət etməsi MSS-nin kobud üzvi və funksional zədələnmələrinə gətirib çıxarır. Xəstələrdə baş beynə qansızma, beyin toxumasının ödemi, nekrozu və degenerasiyası inkişaf edir.
Quduzluğun inkubasion dövrü 2 həftədən bir neçə aya qədər davam edə bilər. Nadir hallarda inkubasion dövr 1 ilə qədər uzana bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Quduzluq təhlükəsi" haqqında müzakirə