Quduzluq.

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 547 734
  • 0 rəy

Quduzluq.
Quduzluq – virus təbiətli təhlükəli infeksion xəstəlikdir.
Ümumi məlumat:
Avstraliyadan başqa bütün qitələrdə rast gəlinir. 2009-cu ilin məlumatlarına görə hər il dünyada 55000 adam bu xəstəlikdən vəfat edir. 95% ölüm hadisəsi Asiya və Afrikanın payına düşür.
Quduzluğun vəhşi heyvanlar (canavar, tülkü, çaqqal, yarasa və s.) tərəfindən törədilən təbiət tipi, şəhər tipi ayırd edilir ( itlər, pişiklər, kənd təsərrüfatı heyvanları). Ən çox ölüm yoluxmuş itlərin dişləməsi nəticəsində baş verir.
Səbəbləri:
Xəstəliyin virusu yoluxmuş heyvan və ya insanın tüpürcəyi vasitəsilə xarici mühitə düşür. İnsana yoluxma yoluxmuş heyvanın onu dişləməsi nəticəsində baş verir.
Simptomları:
Gizli dövrü orta hesabla 1-2 ay (7 sutkadan 1 ilə qədər) davam edir. Gizli dövrün müddəti zədələnmənin lokalizasiyası və həmin nahiyəyə düşən virusun miqdarından asılıdır. Zədələnmə yerindən virus sinir lifləri ilə beyinə daxil olur, burada ensefalit inkişaf edir. Virusun inkişaf sürəti 3mm/saat-dır.
1) Prodromal dövrü 1-4 sutka çəkir, temperaturun yüksəlməsi, baş ağrısı, iştahanın itməsi ilə, yorğunluq ilə biruzə verir. Dişləmə zamanı dərinin həssaslığı artır, nevralgiyalar, əzələlərinin titrəyişi baş verir.
2) Oyanma stadiyası-4-7 gün çəkir, psixomotor oyanıqlıq, tutmalarla təzahür edir. Xəstələrdə aqressivlik, hallsünasiyalar, sayıqlamalar, işıqdan, səsdən qorxu hissi, qıcolmalar, parezi və iflic yaranır.
3) İfliclər dövrü – kəllə sinirlərinin zədələnməsi əlamətləri – diplopiya, üz əzələlərinin parezi qeyd olunur. Göz əzələlərinin parezi, udmanın pozulması baş verir. Tüpürcək ifrazının pozulması nəticəsində ağızdan köpük gəlir, sudan qorxu yaranır. Xəstəlik ümumən 58 gün , bəzən 10-12gün çəkir. Ölüm tənəffüs mərkəzinin dayanması nəticəsində baş verir.
Diaqnostika:
Əgər it dişləmişsə mütləq həkimə mürciət etmək lazımdır. Müalicə reanimasiya şöbəsində aparılır.
Profilaktikası:
Əgər sizi it dişləyibsə yaranı mütləq sabunlu su ilə yumaq, hidrogen peroksid məhlulu ilə təmizləmək lazımdır. 1-ci 14 gün aparılan vaksinasiya effektiv hesab olunur. Mümkünsə həmin itə 10 gün nəzarət etmək məsləhətdir. 10 günə it ölməyibsə vaksinsiyanı dayandırmaq lazımdır.
Həkim nə edə bilər:
Həkim antirabik immunoqlobulin və ya zərdabla vaksinasiya edir. Bu vaksinasiya 6 dəfə: muraciət edilən gün, 3, 7, 14, 30, 90-cu gün aparılır.
Hamiləlik əks göstəriş deyil. Bu zaman spirtli içkilər içmək, həyəcanlanmaq, soyuğa-istiyə məruz qalmaq olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Quduzluq." haqqında müzakirə