Zika virusu
Zika virusu
ÜST- nin məlumatına görə virusun yaylması dünya üçün təhlükə hesab olunur.
Ümumi məlumat:
İik dəfə virus 1947- ci ildə rezus-makaka meymunlarında aşkar olunub. Törədicinin adı Uqandadakı Zika meşəsinin adından götürülüb. 1952-ci ildə infeksiyanın ilk əlamətləri Uqanda və Tanzaniyada aşkar olunmuşdur. 2007-ci ildə Yava adasında, 2013-də Fransız Polineziyasında, 2015-də Braziliya, Kolumbiya, Yaşıl burun adalarında bərqərar olmuşdur. Xəstəliyin ayrı-ayrı təsadüfləri Şimali və Cənubi Amerikada qeydə alınmışdır.
Səbəbləri və yoluxma yolları:
Xəstəlik Aedes aeqypti ağcaqanadları ilə yayılır, virusun hansı heyvanın daşıyıcı olmağı aşkar edilməyib. Bəzi məlumatlara görə tək ağcaqanadlarla deyil, insandan insana cinci akt, qan vasitəsilə keçə bilər. Hamiləlik vaxtı anadan dölə də xəstəlik keçə bilər.
Simptomları:
Bütün yoluxanlar xəstəliyə tutulmurlar, xəstələr infeksiyanı yüngül keçirirlər. Lakin hər 5 nəfərdən birində xəstəliyin simptomları yaranır. Xəstələrdə oynaqlarda ağrı, qızdırma, gözlərdə ağrı və qızartı, ürəkbulanma, qusma, səpgilər qeyd olunur. Xəstəlik 7 gün çəkir. Xəstəlik ölümə də səbəb ola bilir.
Müalicəsi:
Xəstəliyin spesifik vaksini və müalicəsi yoxdur. Müalicə simptomatik aparılır.
Profilaktikası:
Xəstəlikdən qorunmaq üçün bədənin çox hissəsini örtən qapalı, açıq rəngli paltar geyinin
-Ağcaqanadlara qaqrşı xüsusi dərman vasitələrindən istifadə edin.
-Otaqlarda pəncərələrə tor örtüklərdən istifadə edin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Zika virusu" haqqında müzakirə