Uşaqlıq yolunun arxa tağından qarın boşluğunun punksiyası

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 405
  • 0 rəy

Uşaqlıq yolunun arxa tağından qarın boşluğunun punksiyası
Kiçik çanaqda sərbəst mayenin (irin,qan) olduğunu və ya olmadığını aşkar etmək məqsədilə uşaqlıq yolunun arxa tağından qarın boşluğu punksiya edilir. Tağın puksiyası 0,25%-li novokain məhlulu ilə yerli anesteziya altında aparılır. Bəzi hallarda bu prosedur venadaxili ağrısızlaşma ilə aparılır.
Xarici cinsiyyət üzvləri və uşaqlıq yolu dezinfeksiyaedici maddələrə işləndikdən sonra uşaqlıq boynunun uşaqlıq yolu hissəsini güzgülərlə açmaqla təkdişli maşa ilə arxa dodağı tutub, onu önə dartırlar. Sonra uşaqlıq boynunun altında arxa tağda orta xətt üzrə palpator olaraq flüktasiya, yastılaşma və qabarmanın təyin edildiyi yerdə 10 ml-lik şprisə kip yerləşdirilmiş 10-12 sm uzunluğunda iynə yeridilir. İynə uşaqlığın arxa səthinə paralel olaraq 2-3 sm dərinliyə kimi yeridilir. Yavaş-yavaş porşeni dartaraq punksiya olunan boşluğun möhtəviyyatı sorulub çəkilir. Alınmış maddənin xassəsi, rəngi, şəffaflığı müəyyən edilir.
Yaxmanın bakterioskopik və ya sitoloji müayinəsi, bəzən isə biokimyəvi müayinəsi aparılır.
Ginekloji təcrübədə arxa tağın punksiyasından uşaqlıq artımlarının iltihabi xəstəlikləri (hidrosalpinks, piosalpinks, irinli törəmələr) olduqda istifadə edilir.
Bu manipulyasiyanı USM-in nəzarəti altında aparmaq məqsədəuyğundur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlıq yolunun arxa tağından qarın boşluğunun punksiyası" haqqında müzakirə