Hirsutizm – Tüklənmə
Hirsutizm qadınların kişi tipli tüklənməsidir. Bu xəstəliyə düçar olan qadınlarda, kişiyə xas olan tüklənmə prosesi gedir. Belə qadınların üz və çənələrində, sinə və qarınlarında qara rəngli tüklər çıxır və böyüyür. Xəstəlik qadınların 8%-də müşahidə edilir. Həddindən artıq tüklənmə adətən testosteron hormonunun artması səbəbindən baş verir. Hirsutizm zamanı isə qadınların qanındakı testosteron hormonunun miqdarı normal olur.
Xəstəliyə asanlıqla diaqnoz qoymaq olur. Bu cür tüklənən qadınların çoxu, üzlərini və bədənlərini ülgüclə qırıxırlar. Amma mütəxəssislər hirsutizm zamanı ülgücdən istifadənin doğru çıxış yolu olmadıqlarını söyləyirlər. Həddindən artıq tüklənmənin baş verməsinin səbəbləri aşağıdakılar ola bilər:
– qadınlarda androgenin həddindən artıq olması
– anadangəlmə adrenal şiş xəstəlikləri
– Cushinq sindromu
– hiperprolaktinemiya
– akromeqail
– tiroid pozğunluqlar
– hipertrixoz
– androgenik və anabolik steroidlərin istifadəsi.
Qadınlarda hormonların artmaması ilə əmələ gələn tüklənmə idiopatik hirsutizm adlanır.
Prolaktin hormonunun normadan artıq olması və steroid dərmanların həkim məsləhəti olmadan qəbul edilməsi qadınlarda həddindən artıq tüklənməyə səbəb ola bilir.
Xəstəlik adətən yeniyetmə dövründə olan qızlarda başlayır. Ən çox üz, saqqlal hissə, döş və döşlərin arası, kürək hissə tüklənməyə meyilli olur.
Xəstəliyin müalicəsi həm hormonal, həm də kosmetoloji aparılır. Hirsutizmdən əziyyət çəkənlərə ostrojen və antiandrogen müalicə təyin edilir.
Xəstəliyin tarixinin qədim zamanlardan olmasına baxmayaraq, indiyə qədər müalicədən ideal effekt almaq mümkün olmayıb.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hirsutizm – Tüklənmə" haqqında müzakirə