Cinsi soyuqluq – Frigidlik

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 425
  • 0 rəy

Cinsi soyuqluq – Frigidlik
Frigidlik qadınlarda cinsi həyata həvəsin olmamasıdır.
Frigidliyin 4 forması ayırd edilir:
1. Retardasiya forması müvəqqəti xarakter daşıyır və psixoseksual inkişafın gecikməsi, temperamentin, tərbiyənin xüsusiyyətləri ilə əlaqədardır. Retardasiya formalı cinsi soyuqluq zamanı cinsi maraq ya olmur, ya da zəif olur. Erogen zonalar areaktivdir və ya zəif reaktivdir, cinsi akta maraq yoxdur.
2. Simptomatik forma baş və onurğa beynin orqanik xəstəlikləri, qurğuşunla, narkotiklərlə xroniki intoksikasiyalar, endokrin pozulmalarla, uşaqlığın qeyri-düzgün vəziyyətləri, ginekoloji xəstəliklərlə, avitaminozlarla, infeksiyadan sonrakı asteniyalarda, həddindən çox yorulmalarda meydana çıxır.
3. Psixogen cinsi soyuqluq seksual funksiyaların psixi amillərlə zədələnməsi nəticəsində əmələ gəlir. Ailə həyatındakı məyusluq, məcburi evlilik, birinci cinsi akt zamanı kobudluqlar, isteriyalar, nevrozlar bu növ frigidliyə daxildir. Buraya qorxu nəticəsində üzə çıxan, dəhşət dərəcəsində keçən və orqazmın yaxınlaşması ilə cinsi aktı dayandıran fobik anorqazmiya da daxildir.
4. Konstitusion cinsi soyuqluğun əsasını psixoseksual funksiyaların anadangəlmə çatışmazlığı təşkil edir. Bu növ frigidliyin səbəbi aydın deyildir. Güman edilir ki, konstitusional cinsi soyuqluq (frigidlik) gizli, dərk edilməmiş homoseksual formada təzahür edir. Cinsi soyuqluq nadir hallarda nigahın pozulmasına səbəb olur. Əksinə kişi potensiyası aşağı olduğu zaman nikahın stabilliyini artıran amil ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cinsi soyuqluq – Frigidlik" haqqında müzakirə