Hipermenstrual sindrom
Menorragiya anlayışı altında bir neçə ardıcıl aybaşı zamanı itirilən qanın miqdarının normadan çox olması, gur olması və yaxud sadəcə olaraq uzun müddət (7 gündən artıq) davam etməsi nəzərdə tutulur. Normada itirilən qanın miqdarı >80ml təşkil edir.
Menorragiya tipli aybaşı zamanı çox qanitirmənin bir sıra səbəbi ola bilər:
*uşaqlıq miomaları – şişin intramural və selikaltı forması zamanı aybaşı dövründə şiddətli qanaxmann mövcudluğu əksər hallarda yumurtalığın funksiyasının həmçinin uşaqlığın yığılma qabiliyyətinin pozulması zamanı müşahidə olunur.
*sistem xəstəlikləri – endokrin mənşəli hemostazın pozulması
*yatrogen səbəblər – uşaqlıqdaxili kontraseptiv vasitələr, antikoaqulyantlardan istifadə
*uşaqlığın qeyri-düzgün vəziyyətləri
*daxili cinsiyyət üzvlərinin iltihabi zamanı baş vermiş çanaq üzvlərinin hiperemiyası ayabşı zamanı itirilən qanın miqdarının artmasına gətirib çıxarır.
Etiologiya və patogenezi:
Müxtəlif amillər, o cümlədən əqli və fiziki yorğunluq, əlverişsiz maddi və məişət şəraiti, stress vəziyyətləri, iqlim dəyişmələri, intoksikasiyalar və infeksiyalar, hipovitaminozlar, hormonal homeostazın pozulmaları, abortlar, bir sıra dərman preparatlarının qəbulu, peşə zərərləri menstrual funksiyanın mürəkkəb tənzimləmə sxeminin pozulmasına gətirib çıxarır.
Diaqnostikası:
Pasientin anamnezi, şikayətləri, funksional diaqnostika testləri (bazal hərarətin ölçülməsi, göz bəbəyi simptomu, seliyin “uzanması” simptomu, kariaopiknotik indeks), endometriumun histoloji müayinəsinə əsaslanır.
Müalicəsı:
Ilk növbədə əsas xəstəliyin aradan qaldırılmasına yönəlir. Simptomatik müalicə zamanı hemostatik preparatlar – vikasol, etamzilat (disinon), aminometilbenzoy turşusu (amben), kalsium preparatlari tətbiq edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hipermenstrual sindrom" haqqında müzakirə